Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

İsrailə yeni qırıcılar verildi

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

“Ya ölmək, ya da qaçmaq...” Rusiya ordusundan qaçan əsgərin dəhşətli xatirələri:

“Ya ölmək, ya da qaçmaq...” Rusiya ordusundan qaçan əsgərin dəhşətli xatirələri:

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Rusiyanın Ukraynaya qarşı başladığı qanlı və mənasız müharibənin pərdəarxası reallıqları getdikcə üzə çıxır. Bu müharibənin təkcə siyasi deyil, həm də humanitar fəlakət olduğunu sübut edən son etiraflardan biri 34 yaşlı Ufa sakini Anton Şirşinə məxsusdur.

Ukraynada altı ay döyüş bölgəsində “evakuator” – yəni yaralı və ölü rus əsgərlərini döyüş meydanından daşıyan şəxs kimi xidmət edən, sonradan isə ordudan imtina etdiyinə görə işgəncələrə məruz qalan Şirşin hazırda Almaniyada siyasi sığınacaq axtarır.

Anton Şirşin döyüşə könüllü getməyib. O, yol-nəqliyyat hadisəsindən sonra polisin təzyiqi ilə “xüsusi hərbi əməliyyat”a cəlb olunub. Heç vaxt hərbi xidmət keçməyən, psixiatrik qeydiyyatda olan və “xidmətdə yararsız” kimi qeyd edilən Şirşinə sadəcə belə deyilib: “Yeriyirsən? Deməli, yararlısan!”

“Evakuator” kimi xidmət etdiyi günləri “cəza koloniyası” adlandıran Şirşin bildirir ki, gecələr cəbhəyə gedib, 5-6 km məsafədən yaralı və meyitləri daşımaq onların əsas vəzifəsi olub. Bəzən bu marşrut gündə iki dəfə təkrarlanıb – ümumilikdə 20-24 km yol. Daşınan yaralılar (“trixsotı”) tez-tez yolda ölür, “dvoxsotı”ya – yəni meyitə çevrilirdi.

“Ən dəhşətlisi dron və minaatan hücumları zamanı yaralıları xərəyin üstündən yerə atmağımız idi. Sağ qalırsa, bəxti gətirirdi. Əsas məsələ xərəkləri geri qaytarmaq idi – çünki yenisi verilmirdi”, – deyə Şirşin xatırlayır.

Əsgərlər arasında gizli barter də mövcud olub: meyitlərin üzərindən toplanan avtomatlar 1,5 litr samoqon (evdə hazırlanan spirtli içki) ilə dəyişdirilirdi. Dəhşətli mənzərələri unutmaq üçün içki yeganə təsəlli idi. Əsgərlər dostlarının meyitlərini çiynində daşıyır, sonra içir və ertəsi gün yenidən cəbhəyə qayıdırdılar.

Orduda geniş yayılan hallardan biri də “samostrel” – özünü bilərəkdən yaralama idi. Çünki bu, ordudan çıxmağın yeganə yolu sayılırdı.

Bir müddət sonra “evakuator”ları da hücuma göndərmək qərarı verilib. Şirşin və digər bir əsgər buna qarşı çıxıb. Cavab olaraq: “Onda sizi obnulit edərik” – yəni yerindəcə öldürərik – deyilərək, “Zaytsevo” adlı “cəza düşərgəsinə” aparılıblar.

Orada “rədd cavabı verənlər” üçün nəzərdə tutulmuş zirzəmiyə salınan Şirşin işgəncəyə məruz qalıb. Dəmir alətlərlə döyülüb, ağzına metal parçası salınaraq dişləri çıxarılıb. Üçüncü dişdən sonra sənəd imzalamağa razılaşıb, lakin işgəncələr dayandırılmayıb. Sonda ağzında cəmi üç dişi qalıb.

O, bu cəhənnəmdən qaçmağı bacarıb və hazırda Almaniyada yaşayır. Məqsədi yalnız canını qurtarmaq deyil, həm də gördüklərini dünya ictimaiyyətinə çatdırmaqdır. Rusiya ordusunda hökm sürən zorakılıq, qeyri-insani münasibət və insan həyatına laqeydlik onun timsalında bir daha sübut olunur.

Anton Şirşinin hekayəsi yalnız bir fərdin faciəsi deyil – bütöv bir sistemin ifşasıdır. Bu, sadəcə müharibə deyil, insan ruhunun və şəxsiyyətinin məhv edildiyi bir “ət maşını”dır. Bu maşından çıxışın yeganə yolu isə – qaçmaqdır.

Rasim Əliyev

 AzPolitika.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:136
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 31 May 2025 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see305

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see217

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see193

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see187

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see179

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see174

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see173

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see166

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see157

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see156

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see156

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see153

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see153

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see150

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see147

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see145

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see142

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see140

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see138

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri