Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Diaspor quruculuğunda yeni yanaşma Dünyanın hər guşəsinə səpələnmiş azərbaycanlılar - bir-birindən uzaq, amma bir millətin damarlarında dolaşan qan kimi eyni ritmlə döyünürlər.
Diaspor quruculuğu sadəcə, mədəniyyət gecələri keçirmək, milli yeməklər təqdim etmək deyil.
Bu, öz kökünü yad torpaqlarda da yaşatmaq, eyni zamanda, həmin torpaqlarda söz sahibi olmaqdır.
Obrazlı şəkildə desək, bir millətin diasporu onun yad torpaqlarda “kölgə”si kimidir.
Ağac harada kök atıbsa, kölgə də onunla birlikdə var olur. Azərbaycan xalqı üçün bu köklər torpağımızda, Qarabağda, Xəzərin sahilində, Arazı
Amma kölgəmiz Moskvanın küçələrinə də düşür, Parisə də, Berlinə də, Nyu-Yorka da... Görünməz gücün görünən nəticəsi...
Lobbiçilik çoxlarının düşündüyü kimi yalnız parlamentlərdə qanun qəbul etdirmək deyil.