Icma.az
close
up
RU
Yad torpaqlardakı “kölgə”miz...

Yad torpaqlardakı “kölgə”miz...

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Diaspor quruculuğunda yeni yanaşma

Dünyanın hər guşəsinə səpələnmiş azərbaycanlılar - bir-birindən uzaq, amma bir millətin damarlarında dolaşan qan kimi eyni ritmlə döyünürlər. Diaspor quruculuğu sadəcə, mədəniyyət gecələri keçirmək, milli yeməklər təqdim etmək deyil. Bu, öz kökünü yad torpaqlarda da yaşatmaq, eyni zamanda, həmin torpaqlarda söz sahibi olmaqdır.

Obrazlı şəkildə desək, bir millətin diasporu onun yad torpaqlarda “kölgə”si kimidir. Ağac harada kök atıbsa, kölgə də onunla birlikdə var olur. Azərbaycan xalqı üçün bu köklər torpağımızda, Qarabağda, Xəzərin sahilində, Arazın qırağındadır. Amma kölgəmiz Moskvanın küçələrinə də düşür, Parisə də, Berlinə də, Nyu-Yorka da...

Görünməz gücün görünən nəticəsi...

Lobbiçilik çoxlarının düşündüyü kimi yalnız parlamentlərdə qanun qəbul etdirmək deyil. Lobbiçilik sözün, əlaqənin, münasibətin, hətta bir çay süfrəsinin gücünü siyasi təsirə çevirməkdir. Dünyada millətlər öz gücünü çox zaman məhz lobbiçiliklə göstərirlər. Bir konqresmenin səs vermə anında yadına gələn bir dost sözü, bir iş adamının qərarında millətsevər yanaşma - bunların hamısı lobbiçiliyin görünməyən toxumlarıdır.

Bir çox hallarda diasporla lobbiçiliyi qarışdırırıq. Ancaq diaspor bir xalqın yad diyarda varlığıdır. Lobbiçilik isə o varlığın gücə çevrilməsi, təsir alətinə dönməsidir. Birində mədəniyyət, digərində siyasət əsasdır. Birində “biz kimik?” sualı cavablanır, digərində “biz nə edə bilərik?” sualı.

Kim üçün və nə üçün?

Əslində, diaspor quruculuğunda ən kritik sual budur: Bütün bunları kim üçün və nə üçün edirik? Diaspor fəaliyyətimizi yalnız Vətən üçün edirik desək, bu, yarımçıq fəaliyyət sayıla bilər. Çünki diaspor həm də yaşadığı ölkə üçün dəyər qazanmalıdır. İnteqrasiya olmadan assimilyasiya təhlükəsinin baş verməsi qaçılmazdır, amma balanssız inteqrasiya da milli kimliyi riskə ata bilər. Ona görə də diaspor quruculuğu bir növ ikili vətəndaşlıq kimliyinin harmoniyasıdır: həm Azərbaycanlı olmaq, həm də xarici dövlətlərdə doğulduğu ölkənin dəyərli vətəndaşı kimi qəbul edilmək.

Yeni baxış: emosiyadan mexanizmə

Bu günə qədər bir çox hallarda diaspor quruculuğuna emosional yanaşmışıq. “Vətənimiz üçün birləşək, Novruz şənliyi keçirək, milli geyim geyinək”. Təbii ki, bütün bunlar da önəmlidir, amma perspektiv üçün yeni baxışlar sərgiləmək də diaspor siyasətimiz üçün effektiv ola bilər. Məsələn, diaspor fəaliyyətimizi yalnız folklor üzərindən deyil, elm və yaxud iqtisadiyyat üzərindən də qura bilərik.

Xaricdə yaşayan azərbaycanlı alimlərin bir araya gətirilməsi, dünyanın aparıcı universitetlərində azərbaycanlı tələbələrin və professorların əlaqələndirilməsi. Bundan başqa, Qarabağ həqiqətlərinin elmi konfranslarda, araşdırmalarda təqdim edilməsini qeyd edə bilərik.

İqtisadiyyat üzərindən qurulan diaspor fəaliyyətinə gəldikdə isə Azərbaycanın ixrac potensialını tanıtmaq, məsələn, kənd təsərrüfatı məhsullarını, turizm imkanlarını, startapları təqdim etmək, müxtəlif ölkələrdə “Azərbaycan Ticarət Evləri” və ya “Azərbaycan Məhsulları Günü” təşkil etmək effektiv ola bilər.

Göründüyü kimi, diasporun gələcəyi emosiyadan çox mexanizmdədir. Bu mexanizmi isə yalnız dövlət yox, hər bir azərbaycanlı qurmalıdır. Çünki diaspor yalnız dövlətin yox, xalqın xaricdəki “nəfəsi”dir.

Daşın gücü, sözün çəkisi...

Diaspor quruculuğu bizə ilk növbədə kimliyimizi qorumaq gücü verir. Dünyanın müxtəlif ölkələrində böyüyən uşaqlar, yad məktəblərdə oxuyan gənclər milli musiqimizi, dilimizi, tariximizi, ədəbiyyatımızı unutmamalıdırlar. Onlar harada yaşasalar da, ürəklərində “Mən azərbaycanlıyam!” fəxarətini daşımalıdırlar.

Xalqımız əsrlər boyu harada yaşasa da, kökünü, yaddaşını, milli varlığını qorumağa çalışıb. Tarix göstərir ki, güclü diaspor millətin xaricdəki yumruğu deyil, ağlı olur. Əsas çağırış odur ki, diasporumuzu ağla çevirmək, lobbiçiliyi isə emosiyasız, amma Vətən sevgisi ilə yüklü mexanizmə dönüşdürmək lazımdır. Bir sözlə, Azərbaycan diasporu kökünün kölgədən çıxmasına nə qədər nail olarsa, Vətən də bir o qədər işıq tapacaq.

Səlim

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 03 Sentyabr 2025 08:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ölkəyə idxal olunan qeyri qida malları ilə bağlı yeni qayda qüvvəyə mindi

05 Sentyabr 2026 09:10see269

2026 cı il dünya çempionatı ABŞ iqtisadiyyatına nə qədər vəsait qazandırdı? Tramp açıqladı

05 Sentyabr 2026 15:49see261

Serbiyada birgə QES inşa edilir

05 Sentyabr 2026 17:21see254

Milli astrofizikada məktəb yaratmış alim

05 Sentyabr 2026 18:13see248

1400 metrlik yol asfaltlandı, amma əsas sual cavabsız qaldı: Bu, xidmət, yoxsa PR görüntüsüdür?

05 Sentyabr 2026 19:17see237

Əminə Şirini Gürcüstan toyunda pul yağışı na tutdular (Video)

05 Sentyabr 2026 15:37see236

Saz susdu, ustad köçdü: Aşıq Astan haqqın dərgahına qovuşdu

05 Sentyabr 2026 19:42see235

PSJ, “Real” və “Bodo Qlimt” qazandı

06 Sentyabr 2026 00:43see230

Tuğba Ekinçi saxlanıldı

05 Sentyabr 2026 21:02see226

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see225

Boyları 1.52 metrdən az olan 7 məşhur (Fotolar)

06 Sentyabr 2026 02:02see220

Elektrikli bir avtomobilin batareya ömrü nə qədərdir? ARAŞDIRMA

05 Sentyabr 2026 12:31see217

Türkiyədə ƏMƏLİYYAT: müğənni Tuğba Ekinci saxlanıldı

05 Sentyabr 2026 21:38see204

“İstisu” ilə bağlı iddialar əsassızdır Su daim axır VİDEO

05 Sentyabr 2026 17:52see202

Səhiyyə naziri sərgidə tapança ilə atəş açdı VİDEO

05 Sentyabr 2026 22:49see197

CD lər geri qayıdır: rəqəmsal musiqi dövründə gözlənilməz trend

06 Sentyabr 2026 02:34see195

Region üzrə yeganə yüksək nəticə göstərən Emilya bu universitetin TƏLƏBƏSİ oldu FOTO/VİDEO

05 Sentyabr 2026 14:23see195

Mövsümi meyvə tərəvəz niyə bahadır?

05 Sentyabr 2026 15:04see193

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

06 Sentyabr 2026 06:07see190

Süni intellektin “diaqnoz”u xəstələri qorxudur Həkimlər nə deyir?

06 Sentyabr 2026 15:02see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri