Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

07.07.2025

Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Birinci Liqada mübarizə aparan "Ordu" heyətinə yeni oyunçu cəlb edib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, Cavid Yadullayev bundan sonra bakılıların şərəfini qoruyacaq. 

20 yaşlı müdafiəçinin son komandası "Sumqayıt"ın əvəzediciləri olub. 

Qeyd edək ki, "hərbiçilər"i yeni mövsümdə İlham Yadullayev çalışdıracaq. Bu o deməkdir ki, U-18 millisinin də çalışdırıcısı olan 49 yaşlı mütəxəssis oğlunu özünün yeni komandasına gətirib. 

Karyerası ərzində "Neftçi", "Şəmkir", "Volın", "Tavriya", "Kəpəz" və "Karvan"da çıxış etmiş İlham Yadullayev 1998-2004-cü illər ərzində 35 dəfə Azərbaycan millisinin formasını geyinib.

Qeyd edək ki, "Ordu" 2024/25 "futbol ili"ni 6-cı pillədə başa vurub. 

Mirağa

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью