Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı
Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Birinci Liqada mübarizə aparan "Ordu" heyətinə yeni oyunçu cəlb edib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, Cavid Yadullayev bundan sonra bakılıların şərəfini qoruyacaq.
20 yaşlı müdafiəçinin son komandası "Sumqayıt"ın əvəzediciləri olub.
Qeyd edək ki, "hərbiçilər"i yeni mövsümdə İlham Yadullayev çalışdıracaq. Bu o deməkdir ki, U-18 millisinin də çalışdırıcısı olan 49 yaşlı mütəxəssis oğlunu özünün yeni komandasına gətirib.
Karyerası ərzində "Neftçi", "Şəmkir", "Volın", "Tavriya", "Kəpəz" və "Karvan"da çıxış etmiş İlham Yadullayev 1998-2004-cü illər ərzində 35 dəfə Azərbaycan millisinin formasını geyinib.
Qeyd edək ki, "Ordu" 2024/25 "futbol ili"ni 6-cı pillədə başa vurub.
Mirağa

İlham Yadullayev I Liqa klubunun baş məşqçisi olacaq EKSKLÜZİV
11 İyun 2025 12:01
İlham Yadullayev: “Güc tükənir”
21 Fevral 2025 16:41
İlham Yadullayev: “Qarşıdakı matçlara hazırlaşacağıq”
13 Noyabr 2024 18:57
Yadullayev: “Bu, futbolçularımızda ruh yüksəkliyi yaratdı”
23 Mart 2025 18:48
İlham Yadullayev: “Qazanılacaq hər xal önəmlidir”
12 Noyabr 2024 11:48

