Cebheinfo saytına istinadən Icma.az xəbər verir. Süd məhsullarının istehsalının azalması yağların qiymətini bahalaşdıracaq.
Bu ilin I yarısında Azərbaycanda 4 min 979,6 ton qaymaq və xama istehsal edilib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 % azdır.
Hesabat dövründə ölkədə pendir və kəsmik istehsalı isə illik müqayisədə 3,7 % azalaraq 26 min 229,9 tona düşüb.
İyulun 1-nə respublikada 0,2 ton qaymaq və xama ehtiyatı, 77,6 ton isə pendir və kəsmik ehtiyatı yaranıb.Qeyd edək ki, hazırda bazarda yağın qiyməti kifayət qədər bahadır.
Ölkədə süd və süd məhsullarının istehsalının azalması yağı qiymətinin daha da azalmasına gətirib çıxaracaqmı?
Məsələ ilə bağlı kənd təsərrüfatı üzrə ekspert Akif Nəsirli “Cebheinfo.az”-a bildirib ki, Azərbaycanda əhalinin süd və süd məhsullarına olan tələbatının təxminən 30-40 faizini yerli istehsal qarşılaya bilir: “Qalan hissəsini isə idxal edirik.
Bunun da əsas səbəblərindən biri ölkədə heyvandarlığın inkişaf etməməsidir.