Icma.az
close
up
RU
Yağ bahalaşacaq: “20 25 manata satılan “kərə”nin azı 30 faizi palma yağıdır”

Yağ bahalaşacaq: “20 25 manata satılan “kərə”nin azı 30 faizi palma yağıdır”

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Süd məhsullarının istehsalının azalması yağların qiymətini bahalaşdıracaq. 

Bu ilin I yarısında Azərbaycanda 4 min 979,6 ton qaymaq və xama istehsal edilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 % azdır. Hesabat dövründə ölkədə pendir və kəsmik istehsalı isə illik müqayisədə 3,7 % azalaraq 26 min 229,9 tona düşüb. İyulun 1-nə respublikada 0,2 ton qaymaq və xama ehtiyatı, 77,6 ton isə pendir və kəsmik ehtiyatı yaranıb.Qeyd edək ki, hazırda bazarda yağın qiyməti kifayət qədər bahadır. 

Ölkədə süd və süd məhsullarının istehsalının azalması yağı qiymətinin daha da azalmasına gətirib çıxaracaqmı? 

Məsələ ilə bağlı kənd təsərrüfatı üzrə ekspert Akif Nəsirli “Cebheinfo.az”-a bildirib ki, Azərbaycanda əhalinin süd və süd məhsullarına olan tələbatının təxminən 30-40 faizini yerli istehsal qarşılaya bilir: 

“Qalan hissəsini isə idxal edirik. Bunun da əsas səbəblərindən biri ölkədə heyvandarlığın inkişaf etməməsidir. Bitkiçilik seqmenti genişləndirilir, heyvandarlıq isə sıxışdırılır. Ölkədə daha çox üstünlük pambığa və ərzaq buğdasına verilir. Pambıqçılıq demək olar ki, tamamilə uğursuzluğa düçar olub. 

Dövlət büdcəsindən ayrılan dotasiya hesabına yaşayır. Yerli istehsal olan ərzaq buğdasının isə yarıdan çoxu heyvandarlıq üçün yem məhsulu olaraq istifadə edilir. Çünki un istehsalı üçün əksəriyyəti yararlı deyil. Bitkiçiliyə subsidiya verilsə də heyvandarlığa verilmir. 

Avropa ölkələrində heyvan saxlayanlara yardım edilir. Bizdə isə otlaq sahələri satılıb. Yaxud otlaq sahələrinin bir hissəsində aqroparklar yaradılıb. Bu strategiya isə özünü doğrultmadı. Bu dəstək heyvandarlığa verilsəydi, nə ət, nə yağ, nə də digər heyvandarlıq məhsulları bu qədər bahalaşardı”. 

Ekspert deyib ki, qiymət artmaqda davam edəcək: 

“Çünki bahalaşmanın dayanması üçün heç bir tədbir görülmür. Bir tərəfdən də dizel yanacağı kənd təsərrüfatında istənilən məhsulun maya dəyərində 25-30, bəzən 40-50 faiz rol oynayır. Onun qiyməti ildən-ilə artır. İranda 2 qəpik olan dizel yanacağı burada 1 manatdır. 

İran da, Azərbaycan da nefti daxildə hasil edir. Bizdə dizelin qiymətini çoxaldıb kənd təsərrüfatı məhsullarının maya dəyərini artırırlar. Ola bilər ki, Kənd Təsərrüfatı Nazirliyində səlahiyyətli mütəxəssis yoxdur”. 

Ekspertin sözlərinə görə süd məhsullarını istehsalı azalıbsa, yağ bahalaşacaq: 

“Çünki kərə yağı ölkə daxilində istehsal edilmir. Kərə yağını kustar üsulla kəndlərdə istehsal edirlər ki, onun da çoxu qarışıqdır. Onlar da hökumətdən öyrəniblər. Gedib bazardan ucuz yağlar alırlar, hökumət palma yağı qarışdırır, onlar da gedib “Sana”, “Möcüzə” kimi marqarin yağlarını alıb qarışdırırlar.

Yarısını kərə, yarısını marqarin edirlər. Azərbaycanda 1 kiloqram yağ almaq üçün 3,6 yağlılığa malik 25 litr təzə süd lazımdır. Bakıda təmiz südün 1 kiloqramı 1-2 manatdır. Təmiz kərə yağının bir kiloqramının xammalı 25 manata başa gəlir. 

Eləcə də hazırlanmasına xərc çəkilir. Nəticədə təmiz kərə yağının maya dəyəri 27 manata gəlib çıxır. Bunu neçə manata satacaqlar? Ona görə də Azərbaycanda, ümumiyyətlə, sənaye üsulu ilə kərə yağı istehsal edilmir. 

“Azərbaycan” brendi adı altında istehsal edilən kərə yağları xarici yağlarla palma yağının qarışığıdır. Marketlərdə 20-25 manata satılan “kərə yağları”nın minimum 30 faizi palma yağıdır. Ona görə Azərbaycanda qablaşdırılır ki, tərkibinə ucuz yağlar əlavə edilsin və qiyməti ucuzlaşdıırılsın. 

Azərbaycanda mümkün deyil ki, kərə yağı istehsal edib, mənfəət götürəsən. Bizdə ona nəzarət də yoxdur. İranda belə hal olsa, həmin şəxsi asarlar. Azərbaycandakı laboratoriyalar belə düzgün strategiya ilə işləmirlər. 

Əslində Avropa ölkələri laboratoriyanın iş prinsipini dəyişib. Məhsulun tərkibində yağ molekullarının ölçülərinə diqqət yetirirlər. Bizdə yağın tərkibini dəqiq təhlil etmək heç kəsə sərf etmir”. 

Nigar Abdullayeva 
​​​​​​"Cebheinfo.az"

Açar sözlər: Yağ qiymət bahalaşma Akif Nəsirli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 İyul 2025 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see215

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see206

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see200

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see184

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see176

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see164

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see162

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see148

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see144

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see135

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri