Yağ niyə ucuzlaşmır?

04.11.2026

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

“Bazarda qiymətlərin aşağı düşməsi üçün kifayət qədər rəqabət və təzyiq yaranmayıb”.

Bunu Bakıvaxtı.az-a yağ qiymətlərinin ucuzlaşmamasının səbəblərini şərh edən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.

Onun sözlərinə görə, ərzaq yağlarının qiymətinə təkcə xammalın dünya bazarındakı dəyəri deyil, idxal, daşınma, istehsal və ticarət xərcləri də təsir göstərir.

Akif Nəsirli: Qiymət artımı daha tez, ucuzlaşma isə daha gec baş verir

İqtisadçı bildirib ki, dünya bazarında qiymətlərin aşağı düşməsi mağazalarda məhsulların dərhal ucuzlaşması demək deyil. Çünki satıcılar əvvəlki qiymətlərlə aldıqları məhsul ehtiyatı tükənənədək yeni qiymətləri tətbiq etməyə tələsmirlər.

Müsahibimiz əlavə edib ki, bazarda rəqabət zəif olduqda qiymət artımları daha tez, ucuzlaşmalar isə daha gec baş verir. Bu səbəbdən yağ qiymətlərinin sabit qalması yalnız maya dəyəri ilə deyil, həm də ticarət şəbəkələrinin qiymət siyasəti ilə əlaqəli ola bilər.

Zeynəb Rzayeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью