Yağ niyə ucuzlaşmır?
Icma.az bildirir, Bakivaxti portalına istinadən.
“Bazarda qiymətlərin aşağı düşməsi üçün kifayət qədər rəqabət və təzyiq yaranmayıb”.
Bunu Bakıvaxtı.az-a yağ qiymətlərinin ucuzlaşmamasının səbəblərini şərh edən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.
Onun sözlərinə görə, ərzaq yağlarının qiymətinə təkcə xammalın dünya bazarındakı dəyəri deyil, idxal, daşınma, istehsal və ticarət xərcləri də təsir göstərir.

Akif Nəsirli: Qiymət artımı daha tez, ucuzlaşma isə daha gec baş verir
İqtisadçı bildirib ki, dünya bazarında qiymətlərin aşağı düşməsi mağazalarda məhsulların dərhal ucuzlaşması demək deyil. Çünki satıcılar əvvəlki qiymətlərlə aldıqları məhsul ehtiyatı tükənənədək yeni qiymətləri tətbiq etməyə tələsmirlər.
Müsahibimiz əlavə edib ki, bazarda rəqabət zəif olduqda qiymət artımları daha tez, ucuzlaşmalar isə daha gec baş verir. Bu səbəbdən yağ qiymətlərinin sabit qalması yalnız maya dəyəri ilə deyil, həm də ticarət şəbəkələrinin qiymət siyasəti ilə əlaqəli ola bilər.
Zeynəb Rzayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 04 Noyabr 2026 11:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















