Icma.az, Avtosfer saytına istinadən bildirir. Bəzən sürücülər qənaət olsun deyə yağ dəyişərkən filtri dəyişmir, bununla qabağa düşdüklərini
Bəs sürücü burada nə qədər qənaət edir? Avtosfer.az xəbər verir ki, yağ filtri böyük təzyiqə davam gətirəcək kağızdan hazırlanır və funksiya
Filtrdə 2 klapan da mövcuddur. Bunlardan biri yağın geriyə karterə qayıtmasının qarşısını alır, digəri isə yağı sistemə buraxır.
Uzun müddət istifadə eidldikdə bu klapanların resursu başa çatır və yağ filtrdən keçmədən birbaşa sürtünən detallara ötürülür.
Digər tərəfdən, köhnə filtrin içindəki yağ təzə ilə qarışaraq onun vaxtından tez korlanmasına zəmin yaradır.
Bu da son nəticədə yağlama kanallarının dolması və mühərrikin kilidlənməsi ilə nəticələnir.
Bu “kilidin açılması” isə çox böyük pul tələb edir. Bir sözlə, hər 10 min kilometrdə 10-15 manatlıq qənaət sonradan daha böyük xərclə nəticə
Bəs yağı dəyişib filtri dəyişməmək ənənəsi haradan qaynaqlanır? Şübhəsiz ki, Sovetdən.