Yağı dəyişib filtri dəyişməyəndə nə baş verir? Sovet ənənəsinin zərəri FOTO
Icma.az, Avtosfer saytına istinadən bildirir.
Bəzən sürücülər qənaət olsun deyə yağ dəyişərkən filtri dəyişmir, bununla qabağa düşdüklərini zənn edirlər. Bəs sürücü burada nə qədər qənaət edir?
Avtosfer.az xəbər verir ki, yağ filtri böyük təzyiqə davam gətirəcək kağızdan hazırlanır və funksiyası mexaniki çirklənmənin qarşısını almaqdır. Filtrdə 2 klapan da mövcuddur. Bunlardan biri yağın geriyə karterə qayıtmasının qarşısını alır, digəri isə yağı sistemə buraxır. Uzun müddət istifadə eidldikdə bu klapanların resursu başa çatır və yağ filtrdən keçmədən birbaşa sürtünən detallara ötürülür.
Digər tərəfdən, köhnə filtrin içindəki yağ təzə ilə qarışaraq onun vaxtından tez korlanmasına zəmin yaradır. Bu da son nəticədə yağlama kanallarının dolması və mühərrikin kilidlənməsi ilə nəticələnir. Bu “kilidin açılması” isə çox böyük pul tələb edir.
Bir sözlə, hər 10 min kilometrdə 10-15 manatlıq qənaət sonradan daha böyük xərclə nəticələnir.
Bəs yağı dəyişib filtri dəyişməmək ənənəsi haradan qaynaqlanır? Şübhəsiz ki, Sovetdən. SRİ-də filtr aztapılan detal olduğundan sürücülər yağı hər 5000 kilometrdə dəyişsələr də filtri azı 10 min kilometr istifadə edirdilər. 70-ci illərdə bu qayda kitablarda da əks olunmuşdu. 80-ci illərdən etibarən isə yağla birlikdə filtri də dəyişmək tövsiyə edildi.
Vüqar
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 04 Sentyabr 2025 23:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















