Yağış təhsili də iflic edir AÇIQLAMA | Icma.az
Metbuat portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Hər dəfə hava sərt keçəndə, yollar bağlananda, nəqliyyat iflic olanda eyni mənzərə təkrarlanır: məktəblər rəsmi bağlanmır, amma universitetlər, məktəblər dərs keçə bilmir, müəllim və tələbələr sinfə gedə bilmir.
Bu artıq tək-tük hal yox, sistemli problemlərin üzə çıxdığı nöqtədir. Hər yağış təhsili iflic etməməlidir.
Təhsil təsadüflərə, hava şəraitinə və logistika imkanlarına tabe olmamalıdır".
Metbuat.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib.
Onun sözlərinə görə, artıq dünyanın bir çox ölkəsində fövqəladə hallarda dərslərin hibrid və ya onlayn formada keçirilməsi qanunla tənzimlənir və tətbiq olunur: "Pandemiya dövründə Azərbaycanda da bu model qısa müddətdə tətbiq olundu və müəyyən nəticələr verdi.
Lakin problem ondadır ki, bu sistem bir daha strukturlaşdırılmadı, davamlı tədris modelinə çevrilmədi.
Halbuki, bu gün Azərbaycanın təhsil sistemi üçün ən vacib çağırışlardan biri təhsilin fasiləsizliyini təmin edəcək çevik və rəqəmsal tədris mexanizmlərinin qurulmasıdır.
Tam oxu
Xəbəri oxu