Icma.az
close
up
RU
Yağış təhsili də iflic edir AÇIQLAMA

Yağış təhsili də iflic edir AÇIQLAMA

Metbuat portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Hər dəfə hava sərt keçəndə, yollar bağlananda, nəqliyyat iflic olanda eyni mənzərə təkrarlanır: məktəblər rəsmi bağlanmır, amma universitetlər, məktəblər dərs keçə bilmir, müəllim və tələbələr sinfə gedə bilmir. Bu artıq tək-tük hal yox, sistemli problemlərin üzə çıxdığı nöqtədir. Hər yağış təhsili iflic etməməlidir. Təhsil təsadüflərə, hava şəraitinə və logistika imkanlarına tabe olmamalıdır".

Metbuat.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib. Onun sözlərinə görə, artıq dünyanın bir çox ölkəsində fövqəladə hallarda dərslərin hibrid və ya onlayn formada keçirilməsi qanunla tənzimlənir və tətbiq olunur:

"Pandemiya dövründə Azərbaycanda da bu model qısa müddətdə tətbiq olundu və müəyyən nəticələr verdi. Lakin problem ondadır ki, bu sistem bir daha strukturlaşdırılmadı, davamlı tədris modelinə çevrilmədi. Halbuki, bu gün Azərbaycanın təhsil sistemi üçün ən vacib çağırışlardan biri təhsilin fasiləsizliyini təmin edəcək çevik və rəqəmsal tədris mexanizmlərinin qurulmasıdır. Fors-major hallarda dərslərin dayandırılması əvəzinə, onların dərhal onlayn və ya hibrid rejimə keçirilməsi üçün bütün məktəblərin və universitetlərin rəqəmsal platforması, ehtiyat dərs planları, texniki təminatı və hazırlıqlı müəllim heyəti olmalıdır. Bu, yalnız texnologiya məsələsi deyil, bu, təhsilin məzmununa, təşkili mexanizminə və hüquqi çərçivəsinə dair yenidən baxış tələb edən sistemli məsələdir".

Ekspert bildirib ki, hazırda bir çox ali məktəblərdə bu imkanlar ya mövcud deyil, ya da simvolik səviyyədə tətbiq olunur:

"Ümumtəhsil məktəblərinin əksəriyyətində isə bu barədə heç düşünülmür. Nəticədə, hava şəraiti və ya infrastruktur problemi təhsilin qarşısını alır. Bu isə xüsusilə regionlarda yaşayan şagird və tələbələrin daha da geridə qalmasına səbəb olur. Təhsil sistemində onsuz da mövcud olan sosial və coğrafi fərqlər daha da dərinləşir. Dünyada Estoniya, Finlandiya, Sinqapur, Kanada kimi ölkələrdə artıq məktəb və universitetlər hər hansı fors-major vəziyyətdə təhsilin davamlılığını təmin etmək üçün hibrid modelə dərhal keçə bilir. Çünki bu, artıq ehtimal yox, real ehtiyac kimi planlaşdırılıb və infrastruktur, hüquqi baza və pedaqoji yanaşma buna uyğunlaşdırılıb. Azərbaycanda da bu dəyişiklik baş verməlidir. Elm və Təhsil Nazirliyi, ali məktəblər və ümumtəhsil müəssisələri bu sahədə fövqəladə hallara uyğun rəqəmsal təhsil protokolu hazırlamalı, müəllim heyəti üçün mütəmadi olaraq texnologiya əsaslı tədris bacarıqları üzrə təlimlər keçməli, hər məktəb üçün “B planı” – alternativ dərs formatı hazırlanmalıdır".

K.Əsədov əlavə edib ki, əgər bu sistem qurulmazsa, hər dəfə qış gəldikcə, qar - yağış yağdıqca minlərlə şagird və tələbə bir neçə gün yox, bəlkə də həftələrlə təhsildən geri qalacaq. Bu isə təhsilin keyfiyyətinə və bərabərliyinə ciddi zərbə vuracaq. Təhsil hava şəraitindən asılı olmamalıdır. Təhsil sistemli, çevik və rəqəmsal olanda gələcəyi də dayanıqlı olur.

Sevinc İbrahimzadə / Metbuat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 16 Aprel 2025 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see347

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see331

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see331

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see311

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see308

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see294

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see257

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see251

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see240

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see226

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see217

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see205

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see200

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see197

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see188

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see186

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see184

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see182

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see176

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri