Yakub Aslan: Ermənistan Zəngəzur dəhlizinin reallaşmasının qarşısını almaq iqtidarında dey…
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 31 yanvar AZƏRTAC İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın Qarabağı azad etməsi regionda yeni reallıqlar yaradıb ki, bu da beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına və Avropa ilə Asiyanın nəqliyyat əlaqələrinin genişlənməsi zərurətini ortaya çıxarıb.
Azərbaycanın irəli sürdüyü Zəngəzur dəhlizi beynəlxalq əhəmiyyət daşıyır və bu layihəni nəinki region dövlətləri, eləcə də Avropa və Asiya ölkələri də dəstəkləyir.
Məsələnin mahiyyəti ondan ibarətdir ki, bu layihə dünyanın iki böyük qitəsinin iqtisadi inkişafına əsaslı təkan verərək, tranzit yüklərin daşınmasına, ticarət əlaqələrinin və dövlətlər arasındakı ticarət dövriyyəsinin artması, yeni iş yerlərinin açılmasına, istehsalın, ixrac və idxalın əhatə dairəsinin böyüməsinə imkan yaradacaq.Bu fikirləri AZƏRTAC-a açıqlamasında CGTN (China Global Television Network Turk) kanalının siyasi şərhçisi Yakub Aslan səsləndirib.
O bildirib ki, Ermənistan bu layihənin qarşısını almaq iqtidarında deyil.
Regionun bütün dövlətləri bu layihəni dəstəklədiyi halda, rəsmi İrəvanın bunun əleyhinə çıxaraq destruktiv mövqe tutması onun özünü çox gərgin vəziyyətə salacaq.
Bu dəfə də Ermənistan Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri layihələrində olduğu kimi, iqtisadi gəlirlərdən və siyasi dividentdən kənarda qala bilər.Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunan müşavirədəki çıxışında dediyi kimi: “Əlbəttə ki, biz bu dəhlizin açılması üçün praktiki addımlar atırıq.
Düzdür, Ermənistan tərəfi dörd ildən çoxdur ki, bu məsələ ilə bağlı qeyri-konstruktiv mövqe sərgiləyir, faktiki olaraq 10 noyabr kapitulyasiyasından sonra üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir.
Tam oxu
Xəbəri oxu