Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

Yakub Aslan: Ermənistan Zəngəzur dəhlizinin reallaşmasının qarşısını almaq iqtidarında deyil

Yakub Aslan: Ermənistan Zəngəzur dəhlizinin reallaşmasının qarşısını almaq iqtidarında deyil

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 31 yanvar AZƏRTAC

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın Qarabağı azad etməsi regionda yeni reallıqlar yaradıb ki, bu da beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına və Avropa ilə Asiyanın nəqliyyat əlaqələrinin genişlənməsi zərurətini ortaya çıxarıb. Azərbaycanın irəli sürdüyü Zəngəzur dəhlizi beynəlxalq əhəmiyyət daşıyır və bu layihəni nəinki region dövlətləri, eləcə də Avropa və Asiya ölkələri də dəstəkləyir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, bu layihə dünyanın iki böyük qitəsinin iqtisadi inkişafına əsaslı təkan verərək, tranzit yüklərin daşınmasına, ticarət əlaqələrinin və dövlətlər arasındakı ticarət dövriyyəsinin artması, yeni iş yerlərinin açılmasına, istehsalın, ixrac və idxalın əhatə dairəsinin böyüməsinə imkan yaradacaq.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında CGTN (China Global Television Network Turk) kanalının siyasi şərhçisi Yakub Aslan səsləndirib.

O bildirib ki, Ermənistan bu layihənin qarşısını almaq iqtidarında deyil. Regionun bütün dövlətləri bu layihəni dəstəklədiyi halda, rəsmi İrəvanın bunun əleyhinə çıxaraq destruktiv mövqe tutması onun özünü çox gərgin vəziyyətə salacaq. Bu dəfə də Ermənistan Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri layihələrində olduğu kimi, iqtisadi gəlirlərdən və siyasi dividentdən kənarda qala bilər.

Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunan müşavirədəki çıxışında dediyi kimi: “Əlbəttə ki, biz bu dəhlizin açılması üçün praktiki addımlar atırıq. Düzdür, Ermənistan tərəfi dörd ildən çoxdur ki, bu məsələ ilə bağlı qeyri-konstruktiv mövqe sərgiləyir, faktiki olaraq 10 noyabr kapitulyasiyasından sonra üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Orada açıq-aydın göstərilirdi ki, Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır. Ermənistan isə buna əməl etmir, müxtəlif bəhanələr gətirərək, müxtəlif qeyri-real və cəfəng layihələri ortaya ataraq, sadəcə olaraq, beynəlxalq ictimaiyyətin fikrini çaşdırmaq istəyir, manipulyasiyalarla məşğuldur. Yəqin ki, siz də eşitmisiniz, dırnaqarası “Sülh kəsişməsi” layihəsini ortalığa atıb və indi dünyada bir ölkə qalmayıb ki, o ölkəyə bu layihə təqdim edilməsin. Halbuki bu dırnaqarası layihənin Azərbaycansız iki qəpiklik də qiyməti yoxdur və biz bunu dəfələrlə Ermənistan tərəfinə müxtəlif kanallar vasitəsilə çatdırmışıq”. Azərbaycan Prezidentinin fikirlərindən belə aydın olur ki, Ermənistan bu layihənin əleyhinə çıxış etməklə özünü dünyanın iki böyük qitəsindəki dövlətlərlə üz-üzə qoyur. İqtisadi inkişafın qarşısını və tranzit yollarını kəsməklə rəsmi İrəvan yenə də özünü təcrid olunmuş vəziyyətə salır.

Y. Aslan onu da vurğulayıb ki, Ermənistan Zəngəzur dəhlizinin reallaşmasına əngəl törədərək, Türk birliyinin möhkəmlənməsinin qarşısını almağa cəhd göstərir. Lakin burada söhbət yalnız Türk dövlətlərinin birləşməsindən getmir. Əlbəttə ki, Türk dövlətləri heç nəyə baxmayaraq onsuz da sıx əməkdaşlıq edir. Türk Dövlətləri Təşkilatının fəaliyyəti buna bariz nümunədir. Eyni zamanda, bu gün iqtisadi böhran ərəfəsində olan Avropa dövlətləri ticarət əlaqələrinin genişlənməsi üçün yollar axtarır. Avropanı Türkiyə, Azərbaycan, Mərkəzi Asiya və Çin ilə birləşdirəcək Zəngəzur dəhlizi inkişafın və tərəqqinin əsasını təşkil edir. Bu baxımdan Avropaya inteqrasiya siyasəti həyata keçirən Ermənistan çox ziddiyyətli olan revanş siyasəti yürütmək fikrindədir ki, bu da nə Avropada, nə də Asiyada qəbul ediləcək.

Siyasi şərhçi hesab edir ki, Prezident İlham Əliyevin irəli sürdüyü beynəlxalq əhəmiyyətli növbəti iqtisadi layihə Zəngəzur dəhlizi və onun tərkib hissəsi olan Qars-İğdır-Aralıq-Dilucu-Sədərək-Naxçıvan-Culfa dəmir yolu xəttidir. Ümumilikdə Orta Dəhlizə daxil olan bu layihələr, sadəcə, Türkiyə və Naxçıvanı Azərbaycanın əsas ərazisi ilə birləşdirmək xarakteri daşımır. Bu layihələr daha qlobal xarakter daşıyır və Avropa ilə Asiyanın ticarət əlaqələri üçün olduqca əlverişlidir. Layihədə dünyanın iqtisadi nəhəngi hesab olunan Çinin xüsusi marağı var. Çin Avropa ilə ixrac-idxal əməliyyatlarını daha da genişləndirmək üçün qısa, təhlükəsiz və ucuz başa gələn yol axtarışındadır. Bu mənada Zəngəzur dəhlizinin Çin tərəfindən dəstəklənməsi də təsadüfi deyil. Gələcəkdə yüklər qatarla Çindən çıxaraq Qırğızıstan-Özbəkistan-Qazaxıstan-Azərbaycan-Türkiyə marşrutu üzrə Avropaya və əks istiqamətə daşınacaq.

Zəngəzur dəhlizinə Çinlə yanaşı, Avropa İttifaqı da maraq göstərir. Rusiya-Ukrayna müharibəsinin nə qədər davam edəcəyi bəlli deyil və Avropa dövlətləri Asiya qitəsi ilə ticarət əlaqələrini davam etdirmək üçün yeni yollar axtarırlar. Azərbaycan Prezidentinin irəli sürdüyü Zəngəzur dəhlizi təşəbbüsü həm Qərbin, həm də Şərqin maraqlarına, eləcə də region dövlətlərinin mənafeyinə uyğundur. Bir tərəfdən məğlub olan Ermənistan digər tərəfdən yenə də beynəlxalq iqtisadi layihədən kənarda qalaraq düşəcəyi vəziyyət barəsində ciddi düşünməlidir.

Siyasi şərhçi onu da qeyd edib ki, Ermənistanın başlıca problemi rəsmi İrəvanın müstəqil siyasət apara bilməməsindədir. Mütəmadi olaraq bu və ya digər siyasi bloklara xidmət edən siyasi xətt sonda öz mənfi nəticələrini ortaya qoyacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 Yanvar 2025 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see287

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see226

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see220

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see218

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see214

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see208

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see206

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see201

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see200

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see191

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see188

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see177

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see169

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see159

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see156

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see155

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see154

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see153

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see149

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri