Icma.az bildirir, Azxeber.com saytına əsaslanaraq. "Media savadlılığı” bir çox cəmiyyətlərdə olduğu kimi bizim cəmiyyətdə də aktual mövzudur
Bu gün Azərbaycan oxucusu, tamaşaçısı, dinləyicisi üçün səhih məlumatların əlçatanlığı yüksək olsa da, biz praktikada bunun yetmədiyinin şah
Ümumilikdə dezinformasiyaların tez və kütləvi yayılması kimi bir xüsusiyyəti var.
Cəmiyyətdə çaşqınlıq yaradan, dövlətlə cəmiyyət arasındakı inamı sarsan, dövlətin informasiya siyasətinə birbaşa təhdid törədən yüzlərlə məlumat çox qısa zaman ərzində sosial şəbəkə adlı nizamsız və nəzarətsiz mühitdə yayıla bilir.
Bu mediavirusların belə operativ yayılması informasiya çirkliliyi yaradır ki, bu çirklilik çox zaman təhlükəli nəticələr doğurur.
Media savadlılığı fərdlərin doğru və yalnış arasında qaldıqları zaman hansı üsullarla bunu aydınlaşdıra biləcəklərini aşılayan maarifləndirmə aksiyasıdır.
"Azxeber Media”nın direktoru, media ekperti Əfsələddin Ağalarov məhz bu həftənin önəmini nəzərə alaraq sizlərə mediaviruslardan qorunmağın bir neçə üsulunu təqdim edir: "Çirkli informasiyanın hədəfinə çevrilməmək üçün istifadəçi oxuduğu, dinlədiyi və ya eşitdiyi məlumatların təhlükəli mediavirus olduğunu ən sadə bu yollarla anlaya bilərik: 1.İlk növbədə məlumatın yazı üslubuna diqqət etməkdə fayda var.
İnformasiyanın yazılışında qüsurlar varsa, cümlələr arasında rabitəsizlik özünü biruzə verirsə bu məhsulun peşəkar birinin əməyi sayəsində ərsəyə gəlmədiyinə əmin ola bilərsiniz.