Icma.az
close
up
RU
“Yalan xəbərlərin qurbanına çevrilməmək üçün bunları mütləq edin” Media eksperti Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

“Yalan xəbərlərin qurbanına çevrilməmək üçün bunları mütləq edin” Media eksperti Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Icma.az bildirir, Azxeber.com saytına əsaslanaraq.

"Media savadlılığı” bir çox cəmiyyətlərdə olduğu kimi bizim cəmiyyətdə də aktual mövzudur. Bu gün Azərbaycan oxucusu, tamaşaçısı, dinləyicisi üçün səhih məlumatların əlçatanlığı yüksək olsa da, biz praktikada bunun yetmədiyinin şahidi oluruq.

Ümumilikdə dezinformasiyaların tez və kütləvi yayılması kimi bir xüsusiyyəti var. Cəmiyyətdə çaşqınlıq yaradan, dövlətlə cəmiyyət arasındakı inamı sarsan, dövlətin informasiya siyasətinə birbaşa təhdid törədən yüzlərlə məlumat çox qısa zaman ərzində sosial şəbəkə adlı nizamsız və nəzarətsiz mühitdə yayıla bilir. Bu mediavirusların belə operativ yayılması informasiya çirkliliyi yaradır ki, bu çirklilik çox zaman təhlükəli nəticələr doğurur.

Media savadlılığı fərdlərin doğru və yalnış arasında qaldıqları zaman hansı üsullarla bunu aydınlaşdıra biləcəklərini aşılayan maarifləndirmə aksiyasıdır.

"Azxeber Media”nın direktoru, media ekperti Əfsələddin Ağalarov məhz bu həftənin önəmini nəzərə alaraq sizlərə mediaviruslardan qorunmağın bir neçə üsulunu təqdim edir:

"Çirkli informasiyanın hədəfinə çevrilməmək üçün istifadəçi oxuduğu, dinlədiyi və ya eşitdiyi məlumatların təhlükəli mediavirus olduğunu ən sadə bu yollarla anlaya bilərik:

1.İlk növbədə məlumatın yazı üslubuna diqqət etməkdə fayda var. İnformasiyanın yazılışında qüsurlar varsa, cümlələr arasında rabitəsizlik özünü biruzə verirsə bu məhsulun peşəkar birinin əməyi sayəsində ərsəyə gəlmədiyinə əmin ola bilərsiniz. Bu isə məlumatdakı doğruluq payının azlığını və ya yalan olmasını göstərən ilk önəmli detaldır.

2.Jurnalistikanın təməl qaydaları arasında məlumatı 3 fərqli mənbədən dəqiqləşdirmək anlayışı mövcuddur. Oxuduğunuz və ya dinlədiyiniz məlumatda yalnız mülahizələr ortaya atılır və bu fikirlərdə heç bir fakt, heç bir rəsmi tərəfin mövqeyi yoxdursa o zaman yazıda peşəkarlıq prinsipləri qorunmamış sayılır. Bu məlumat manipulyasiya aləti də ola bilər.

3.Xəbərin oxuması, baxılması üçün şişirdilmiş başlıqların yazılması:

İnformasiya tez sıradan çıxa bilən bir məhsul olduğu üçün onu oxunması, daha çox şəxsə çatdırılması üçün redaktorun kiçik zərərsiz toxunuşları ola bilər. Bu zərərsiz toxunuşlar cəmiyyətdə çaşqınlıq, çaxnaşma, dövlətin informasiya siyasətinə təhlükə yaratmamalıdır.

İlkin baxış zamanı qarşınıza çıxan informasiyalarda "Şok”, "Təcili” və buna bənzər bir çox başlıqlarla təqdim edilir və bu çağırışların ardından dağınıq informasiyalar gözə çarpırsa bilin ki, bu xəbərlərdəki doğruluq payı azdır.

4.Sosial şəbəkələrdə yalnız rəsmi şəxslərin dilindən işlədilən cümlələrin və sitatların doğruluq payı vardır. Hər gördüyünüz, eşitdiyiniz xəbərlərə inanmayın. Yalnız rəsmi səhifələrdən xəbərlər əldə edin. Belə imkanınız yoxdursa, hər hansısa bir xəbər saytından, ya da "google” axtarış sistemindən o məlumatı sorğulatdırın.

Əziz istifadəçilər, ən önəmlisi odur ki, heç bir ciddi və doğru informasiya yayan medianın oxucunu yönləndirmək kimi bir arzusu, məqsədi yoxdur. Elə bu faktın özü sizi doğru və yalansız informasiyalara yöndəndirəcəkdir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 19 Dekabr 2024 18:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see246

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see241

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see232

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see206

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see188

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see178

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see173

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see171

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see171

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see163

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see163

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see154

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see153

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see152

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see151

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see142

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see141

Türkiyəni sarsıdan cinayətlə bağlı daha bir nəfər saxlanıldı

21 Oktyabr 2025 01:51see136

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see134

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri