Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.
“Barselona”nın futbolçusu Lamin Yamal “Real”ın İspaniya La Liqasında hakimlikdən narazılığı ilə bağlı suala cavab verib.
İdman.Biz AS nəşrinə istinadən xəbər verir ki, ispaniyalı futbolçu Madrid klubunun bu məsələdəki mövqeyini sərt şəkildə tənqid edib.
“Əgər “Real” iki il heç nə qazanmayıbsa, bu, onların problemidir. Bilmirəm. Sual mənə deyil. Biz hakimlikdən çox razıyıq. Belə sualları onlara vermək daha yaxşıdır”, – deyə Yamal bildirib.
Qeyd edək ki, Yamal ötən mövsüm bütün turnirlərdə 45 oyunda 24 qol vurub və 18 məhsuldar ötürmə edib. Onun “Barselona” ilə müqaviləsi 2031-ci ilin yayına qədərdir. “Transfermarkt”a görə, futbolçunun bazar dəyəri 220 milyon avrodur (440 milyon manat).