Yamaldan “Real”a sərt cavab: “İki il heç nə qazanmamısınızsa...”
Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.
“Barselona”nın futbolçusu Lamin Yamal “Real”ın İspaniya La Liqasında hakimlikdən narazılığı ilə bağlı suala cavab verib.
İdman.Biz AS nəşrinə istinadən xəbər verir ki, ispaniyalı futbolçu Madrid klubunun bu məsələdəki mövqeyini sərt şəkildə tənqid edib.
“Əgər “Real” iki il heç nə qazanmayıbsa, bu, onların problemidir. Bilmirəm. Sual mənə deyil. Biz hakimlikdən çox razıyıq. Belə sualları onlara vermək daha yaxşıdır”, – deyə Yamal bildirib.
Qeyd edək ki, Yamal ötən mövsüm bütün turnirlərdə 45 oyunda 24 qol vurub və 18 məhsuldar ötürmə edib. Onun “Barselona” ilə müqaviləsi 2031-ci ilin yayına qədərdir. “Transfermarkt”a görə, futbolçunun bazar dəyəri 220 milyon avrodur (440 milyon manat).
Bu mövzuda digər xəbərlər:Yamaldan “Real” haqda qalmaqallı açıqlama
25 Oktyabr 2025 17:12
“Real”a iki qol vurdu, tarixə düşdü
09 Aprel 2025 12:10
İki hakim Real a qarşı səhvə görə cəzalandırıldı
05 Fevral 2025 09:48
Alonsonun “Real”a gətirmək istədiyi iki ulduzun adı bilindi
12 May 2025 09:49
“Real”ın iki futbolçusu “Arsenal”a qarşı oynamaya bilər
06 Aprel 2025 15:10
Baxış sayı:139
Bu xəbər 08 Sentyabr 2026 22:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















