Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bir çox insanlar onların canlı təbiətə potensial təsirindən narahatdırlar ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərini əhatə edən meşə yanğınları 8-ci gününə qədəm qoyub.
Çoxları yanğının necə başladığı ilə maraqlanarkən, alovu söndürmək üçün təyyarələrdən çəhrayı kimyəvi maddə püskürtülür.
Yanğınsöndürmə idarələri bu maddələrin meşə yanğınları ilə mübarizədə "əvəzolunmaz alət" olduğunu bildirir.
Bəs bu çəhrayı kimyəvi maddənin içərisində nə var? İnsan sağlamlığına zərərlidirmi?
“Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, amerikalı ekspertlər bununla bağlı izahat veriblər.
Onlar bildirir ki, yanğınlar ötən çərşənbə axşamı başlayandan bəri ən azı 24 nəfərin ölümünə, minlərlə insanın didərgin düşməsinə və 12 mindən çox binanın dağılmasına səbəb olub.
Kaliforniya Meşə Təsərrüfatı və Yanğından Mühafizə Departamentinin (Cal Fire) məlumatına görə, güclü Santa-Ana küləklərinin yaratdığı dörd yanğın təxminən 100 kvadrat mil (160 kvadrat kilometr) yanıb.