Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bizə sual verirlər: niyə Amerikadan və Fransadan bu qədər çox yazırsınız? Haqlı sualdır. Amma bir o qədər də haqlı cavabı var.
ABŞ Co Baydenin prezidentliyi dövründə (2021-2024) hər nə qədər zəifləsə də, dünyanın ən böyük gücü olaraq qalır.
Doğrudur, Amerika prezidentini Amerikalılar seçir. Amma bu dövlətin başçısının, administrasiyasının qərarları bütün dünyaya təsir edir.
Misal: Ukrayna. ABŞ dövlət katibi Entoni Blinkenin etirafını eşitdik. Vaşinqton Kiyevə hələ Rusiyanın müdaxiləsindən çox əvvəl silah verib.
Deməli, Bayden hökuməti Ukraynanı sülhə yox, müharibəyə hazırlayıb.
Beləliklə, ABŞ-ın bir yanlış qərarı Avropanın mərkəzində yüz minlərlə insan itkisi ilə nəticələnən müharibəyə səbəb olub.
Eyni zamanda bu, təkcə regional müharibə olmaqla qalmır. Bütün Avropanı təhdid edir. Dünya müharibəsi riski yaradıb.