Icma.az
close
up
RU
Yanlış qərarlar və haqlı tənqidlər

Yanlış qərarlar və haqlı tənqidlər

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bizə sual verirlər: niyə Amerikadan və Fransadan bu qədər çox yazırsınız?

Haqlı sualdır. Amma bir o qədər də haqlı cavabı var.

ABŞ Co Baydenin prezidentliyi dövründə (2021-2024) hər nə qədər zəifləsə də, dünyanın ən böyük gücü olaraq qalır.

Doğrudur, Amerika prezidentini Amerikalılar seçir. Amma bu dövlətin başçısının, administrasiyasının qərarları bütün dünyaya təsir edir. Misal: Ukrayna.

ABŞ dövlət katibi Entoni Blinkenin etirafını eşitdik. Vaşinqton Kiyevə hələ Rusiyanın müdaxiləsindən çox əvvəl silah verib. Deməli, Bayden hökuməti Ukraynanı sülhə yox, müharibəyə hazırlayıb.

Beləliklə, ABŞ-ın bir yanlış qərarı Avropanın mərkəzində yüz minlərlə insan itkisi ilə nəticələnən müharibəyə səbəb olub. Eyni zamanda bu, təkcə regional müharibə olmaqla qalmır. Bütün Avropanı təhdid edir. Dünya müharibəsi riski yaradıb. Həm də potensial nüvə müharibəsi riski. Belə miqyaslı müharibələrdə isə qalib olmur; hamı məğlub olur. O cümlədən, Azərbaycan da bu riskdən kənarda qala bilməz. Üstəlik İrana hücum planı da hər zaman ABŞ prezidentinin masasının üzərindədir. Odur ki, biz şimalda real, cənubda potensial müharibə ilə qonşuyuq.

Bu səbəbdən də Azərbaycan, bütün dünya maraqlıdır ki, ABŞ-ın yeni seçilmiş prezidenti ölkəsinin xarici siyasətinə düzəlişlər gətirsin. Vəd olunduğu kimi müharibələri bitirib, sülhə yol açsın.

Azərbaycanın indi ABŞ-la münasibətləri müstəqillik tariximizdə ən aşağı səviyyəyə düşüb. Bunun da səbəbi öz səlahiyyət dövrünü bitirməkdə olan Bayden administrasiyasıdır. Yeni seçilmiş prezident Donald Tramp iki həftədən sonra öz vəzifəsinin icrasına başlayacaq. Yeni prezident Azərbaycanla münasibətləri əvvəlki səviyyəsinə qaytara bilər. Buna ümid etmək üçün əsaslar var. Trampın əvvəlki hakimiyyəti müddəti də belə düşünməyə əsas verir.

Hərçənd Tramp barəsində məhkəmə prosesi yanvarın 10-a təyin edilib. Yeni seçilmiş prezident bunu siyasi qərar kimi qarşılayıb. Deyir ki, Bayden administrasiyası Donald Trampın öz prezident səlahiyyətlərinə başlamasına mane olmağa çalışır. Halbuki prezient Baydenlə yeni seçilmiş prezident Trampın Ağ Evdəki görüşündə Co Bayden "hakimiyyətin dinc ötürülməsi", "yumşaq keçid" sözü vermişdi. O zaman biz bunu belə şərh etmişdik: Bayden hökuməti, görün, ölkəni hansı ifrat qütbləşmə dərəcəsinə çatdırıb! Yoxsa niyə hakimiyyətin yumşaq keçməsinə söz vermək ehtiyacı hiss etsin ki?!

Deməli, hələ ehtiyatla ümid etmək lazımdır. Ən azı iki həftə.

Donald Tramp özü də bu fikirdədir ki, Co Bayden Amerikanın başına gəlmiş ən pis prezidentlərdən biridir. Eləcə də, dünyanın da "başına gəlmiş" ən pis siyasətçidir. Bu, Amerikadan çox yazmağımızın ən təbii səbəbidir.

Fransaya gəlincə, bu ölkə Avropa İttifaqında (Aİ) söz sahibidir. Aİ isə Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. Aİ-də siyasi qərarların qəbul olunmasına təsir edən ölkələrdə - Fransada və Almaniyada daxiçi siyasi prosesləri də, onların yeritdiyi xarici siyasəti də diqqətlə izləməyimiz təbiidir. Azərbaycan Aİ-nin üzvü deyil, amma Azərbaycan iqtisadiyyatının, xarici ticarətinin Aİ ilə üzvi bağlılığı var. Təkcə Aİ müstəvisində deyil, bütün Avropa strukturlarında Azərbaycan əleyhinə qərarlar var. Bunların da arxasında Fransa, eləcə də, onun təsiri altlnda olan başqa ölkələr durur. Eləcə də, Almaniyanın Şvabe tipli siyasətçiləri.

Fransanın xarici siyasəti göz qabağındadır; Afrikadan tutmuş Avrasiyaya qədər hər yerdə uduzur. Bunlar məlumdur, səbəbləri də bəllidir. Fransanın daxili gündəminə baxsaq, tam bir xaos görərik. Prezident Emmanuel Makron ona loyallığını itirməkdə olan parlamenti iyunda buraxdı, əvəzində özünə qarşı tam antoqonist bir parlament qazandı. Buna dair Azərbaycanın bir el məsəli var: "Qaş düzəltdiyi yerdə, göz çıxardı". Makronun yanlış qərarlar üzündən ölkə faktik olaraq permanent siyasi böhran vəziyyətinə gəlib çıxıb. Makrona qarşı duran Jan-Lük Melanşon və Marin Le Pen onun istefasına çalışır. İş o yerə gəlib ki, keçmiş prezident Fransua Olland Makronu istefaya göndərməmək üçün prezidentin rəqiblərinə, parlamenti yenidən buraxmamaq üçün isə prezidentin özünə az qala yalvarır. Fransada institusional krizis yaranacağı təhlükəsindən danışır.

Fransa büdcəsiz qalıb, baş nazir Fransua Bayru hökuməti hələ oturuşmayıb. Üstünə bir də Makronun istefası əlavə oluna bilər. Bu ölkədə aylardır davam edən hakimiyyət böhranı rəsmi Parisin siyasətini proqnozlaşdırmağı daha da çətinləşdirib. Bu böhran Avropa strukturlarına da təsirsiz ötüşmür. O səbəbdən Azərbaycan, eləcə də Türkiyə ilə bağlı xoşagəlməz qərarlar ortaya çıxır. Ən son qərar isə Türkiyə vətəndaşlarına da qarşı "ön viza" tələbinin ortaya çıxmasıdır; Fransa, Almaniya və Niderland "yaşıl pasport" - diplomatik pasport daşıyan Türkiyə vətəndaşlarından da ön viza tələb edəcək. Azərbaycana bu və ya başqa dərəcədə aid olan qərarlar haqqında artıq yuxarıda yazmışıq.

Az əvvəl xatırlatdığımız kimi, bəli, Azərbaycanın ABŞ-la, Fransa ilə, Avropa İttifaqı ilə münasibətləri əvvəlki səviyyədə deyil. Bunun səbəbi Bakıda yox, Vaşinqtonda, Parisdə, Brüsseldə, eləcə də, Strasburqda verilən qərarlardır. Azərbaycan, sadəcə, assimmetrik cavab addımları atıb, bu da xarici siyasətin təbii məntiqinə uyğundur.

"Səni sevəcəyəm, sən sevməsən də" düsturu siyasətdə keçmir. Diplomatiyada nə patoloji nifrətə yer var, nə də Platonik məhəbbətə. Siyasət çoxdan artıq dəqiq elmdir və rasionallığı sevir. O üzdən, konkret olaraq Fransa Azərbaycana qarşı necə münasibət göstərirsə, o cür də qarşılıq alır. Eləcə də, başqaları.

Eynisi elə Rusiyaya da aiddir. Azərbaycan-Rusiya münasibətlərinin hazırkı yüksək səviyyəsinə baxmayaraq, rəsmi Bakı Rusiyanın Azərbaycana qarşı yanlışına da adekvat cavab verir. Azərbaycan təyyarəsinin vurulması hadisəsində də bunu gördük. Eləcə də, Rusiyanın Ermənistanla xarici ticarət dövriyyəsinin astronomik artımı da narahatlıq doğuran başqa bir məqamdır. Yaxud Rusiya xarici miqrantların (deməli, həm də Azərbaycan vətəndaşlarının) Rusiyada qalma müddətini 180 gündən 90 günə endirdi, Azərbaycan da Rusiya vətəndaşlarına qarşı eyni addımı atdı. Bərabərhüquqlu münasibətlər bunu tələb edir.

Qərbə gəlincə, burada bizim üçün vəziyyət daha da həssaadır. Fransa, onun təsiri altında olan mərkəzlər, eləcə də, ABŞ-ın hazırkı administrasiyası və sair güclər Cənubi Qafqazda Ermənistanı silahlandırmaqda davam edir və yeni müharibə riski yaradırlar. Bu da onların niyyət və hərəkətlərini vaxtında və düzgün oxumaq, operativ və obyektiv analiz, şərh etmək ehtiyacı yaradır. Bu şərhlərin əksərən tənqidi olması da təbiidir; yanlış qərarları təbii ki, tənqid edəcəksən. Təqdir etməyəcəksən ki! Doğru qərarlar veriləndə, aydındır məsələdir ki, şərhlər də mənfi yox, müsbət yöndə olacaq.

Bahəddin Həzi, bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 06 Yanvar 2025 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see291

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see287

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see272

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see267

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see266

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see265

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see260

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see254

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see252

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see242

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see233

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see229

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see228

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see226

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see220

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see214

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see213

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see210

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see207

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri