Yanvarda həlledici hadisə olacaq Azərbaycan kritik ərəfədə | Icma.az
Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır. 2024-cü ilin bitməsinə bir aydan az vaxt qalıb.
Bununla belə, ilin sonları geosiyasi proseslər baxımdan zəngindir.
Rusiya-Ukrayna müharibəsinin gərginləşməsi, Gürcüstanda etiraz aksiyalarının genişlənməsi, 4 illik fasilədən sonra Suiyada vətəndaş müharibəsinin yenidən aktiv fazaya keçməsi Cənubi Qafqaz və Azərbaycanla bağlı da suallar yaradır.
2025-ci ildə Azərbaycanı nə gözləyir? Hansı proseslər sürətlənəcək, hansılar arxa plana keçəcək?
Ermənistanla yekun sülh sazişinin imzalanması, kommunikasiyaların açılması ehtimalı varmı?
Globalinfo.az-a danışan deputat Elçin Mirzəbəyli deyib ki, 2025-ci il yanvarın 20-dək regionda və bütövlükdə Avrasiya məkanında baş verən proseslərin yekunu, qənaətimə görə, təkcə qarşıdakı ilə ərzində yox, bütövlükdə yaxın 3-4 il müddətində hadisələrin inkişaf dinamikasını və mahiyyətini dəyişə bilər: “Hazırda bir neçə istiqamətdə cərəyan edən proseslərin arxasında hansı amillərin dayandığı, tam aydın deyil.
Məsələn, Suriyada, Hələb istiqamətində cərəyan edən hadisələrin təməlində, hansısa ikitərəfli, yaxud çoxtərəfli razılaşmanın olduğunu və ya hadisələrin konkret hansı marağın diktəsi ilə hərəkətə gəldiyini birmənalı şəkildə müəyyənləşdirmək çətindir.
Amma istər Ukraynada, istər Gürcüstanda, istərsə də Suriyada cərəyan edən proseslər belə düşünməyə əsas verir ki, Bayden administrasiyası, daha dəqiq desək, bu administrasiyanın maraqlarını ifadə etdiyi qlobal maliyyə sektoru yanvarın 20-dək respublikaçıların 4 il ərzində həllinə nail ola bilməyəcəyi problemlər yaratmaqda maraqlıdır.
Tam oxu
Xəbəri oxu