Icma.az
close
up
RU
Yanvarda həlledici hadisə olacaq Azərbaycan kritik ərəfədə

Yanvarda həlledici hadisə olacaq Azərbaycan kritik ərəfədə

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

2024-cü ilin bitməsinə bir aydan az vaxt qalıb. Bununla belə, ilin sonları geosiyasi proseslər baxımdan zəngindir. Rusiya-Ukrayna müharibəsinin gərginləşməsi, Gürcüstanda etiraz aksiyalarının genişlənməsi, 4 illik fasilədən sonra Suiyada vətəndaş müharibəsinin yenidən aktiv fazaya keçməsi Cənubi Qafqaz və Azərbaycanla bağlı da suallar yaradır.

2025-ci ildə Azərbaycanı nə gözləyir? Hansı proseslər sürətlənəcək, hansılar arxa plana keçəcək? Ermənistanla yekun sülh sazişinin imzalanması, kommunikasiyaların açılması ehtimalı varmı?

Globalinfo.az-a danışan deputat Elçin Mirzəbəyli deyib ki, 2025-ci il yanvarın 20-dək regionda və bütövlükdə Avrasiya məkanında baş verən proseslərin yekunu, qənaətimə görə, təkcə qarşıdakı ilə ərzində yox, bütövlükdə yaxın 3-4 il müddətində hadisələrin inkişaf dinamikasını və mahiyyətini dəyişə bilər:

“Hazırda bir neçə istiqamətdə cərəyan edən proseslərin arxasında hansı amillərin dayandığı, tam aydın deyil. Məsələn, Suriyada, Hələb istiqamətində cərəyan edən hadisələrin təməlində, hansısa ikitərəfli, yaxud çoxtərəfli razılaşmanın olduğunu və ya hadisələrin konkret hansı marağın diktəsi ilə hərəkətə gəldiyini birmənalı şəkildə müəyyənləşdirmək çətindir. Amma istər Ukraynada, istər Gürcüstanda, istərsə də Suriyada cərəyan edən proseslər belə düşünməyə əsas verir ki, Bayden administrasiyası, daha dəqiq desək, bu administrasiyanın maraqlarını ifadə etdiyi qlobal maliyyə sektoru yanvarın 20-dək respublikaçıların 4 il ərzində həllinə nail ola bilməyəcəyi problemlər yaratmaqda maraqlıdır. Məhz 2 aya yaxın zaman kəsiyində cərəyan edən proseslər, ətrafımızda baş verənlərin, ən azı 1 il ərzində hansı istiqamətdə inkişaf edəcəyini proqnozlaşdırmağa əsas verəcək.

Elçin Mirzəbəyli

Zənnimcə, qarşıdakı 1 il ərzində, xüsusilə də yanvar ayından sonra, ölkəmizin diqqəti əsasən daxili, həmçinin regional və qlobal iqtisadi proseslərə yönələcək. Çünki Tramp administrasiyasının əsas hədəflərindən biri ölkəsinin neft hasilatını artırmaqdan və enerji resurslarının dəyərini ABŞ iqtisadiyyatının, xüsusilə də sənayenin inkişafını təmin edə biləcək qədər aşağı salmaqdan ibarətdir. Enerji daşıyıcılarının dəyərinin aşağı düşməsi, geosiyasi baxımdan parodoksal görünsə də, Çin üçün də mühüm əhəmiyyət daşıyır. Təbii ki, iqtisadi baxımdan. Bu səbəbdən əgər müharibələrin, təbii fəlakətlərin, texnogen qəzaların və digər proqnozlaşdırılması mümkün olmayan amillərin baş verməsi müşahidə olunmazsa, qarşıdakı zaman kəsiyini dördüncü sənaye inqilabının dönüş nöqtəsi hesab etmək mümkündür. Buna görə də, qarşıdakı zaman kəsiyində, ölkəmizdə diqqətin əsasən qeyri-enerji sektorunun inkişafına yönələcəyini və 2025-ci ilin iqtisadiyyatımızın şaxələndirilməsi üçün həlledici olacağını düşünürəm”.

Deputat Bakı və İrəvan arasında sülh danışıqları mövzusuna da toxunub:

“Ermənistanla sülh müqaviləsinə gəldikdə isə hazırda bunun prioritet olduğunu söyləmək üçün heç bir əsas yoxdur. Çox güman ki, Paşinyan hökuməti, ən müxtəlif manevrlər yolu ilə, həmçinin guya sülh tərəfdarı olduğunu görüntüləməklə, əslində proseslərin 2026-cı ilin sonunadək uzadılmasına çalışacaq. Təbii ki, əgər bu müddət ərzində Ermənistanda hakimiyyət dəyişikliyi baş verməzsə…”

Natiq Cəfərli

İqtisadçı ekspert Natiq Cəfərli isə deyib ki, 2025-ci ildə Azərbaycanın iqtisadi-siyasi mənzərəsini təsvir etsək, iki əsas məsələ ortaya çıxır:

“Birincisi, Ermənistanla sülh danışıqları və kommunikasiyaların açılmasıdır. Hesab edirəm, bununla bağlı ciddi imkanlar var. Çünki D.Trampın hakimiyyətə gəlməsi və dünyaya sülh gətirəcəyini bəyan etməsi 90 faizi hazır olan sülh müqaviləsinin onun iştirakı ilə imzalanması mümkündür. Dünyada 200-ə yaxın ölkə var, amma Trampla telefon danışığı aparan azsaylı dövlət başçısından biri Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan oldu. Hesab edirəm, bu da ciddi göstəricidir.

İkincisi, iqtisadi məsələlərdir. İqtisadi məsələlərlə bağlı neft qiymətlərini qeyd etmək olar. Azərbaycanda büdcə müzakirələri davam edir. Neft qiyməti isə 70 dollar olaraq götürülüb. Hesab edirəm, bu da Tramp administrasiyasının siyasəti ilə bağlıdır. Tramp neft hasilatını artırmaq, daxili inflyasiyanı cilovlamaq istəyir. Neft qiymətlərinin 55-60 dollara qədər ucuzlaşması mümkündür. Bu isə yeni iqtisadi çağırışlar yarada, manata basqı arta bilər”.

Turan Rzayev
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:239
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 03 Dekabr 2024 07:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see313

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see288

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see272

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see267

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see237

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see230

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see221

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see216

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see211

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see195

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see195

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see192

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see190

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see187

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see185

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see184

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see173

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see170

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see170

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri