Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Yeni Azərbaycan Partiyası (YAP) 32 ildir ki, Azərbaycanın siyasi səhnəsindədir və ölkənin inkişafı üçün üzərinə götürdüyü bütün missiyaları mükəmməl şəkildə yerinə yetirir.
Bu partiyanın təşəkkülü elə bir vaxtda baş verdi ki, həmin zamanlarda Azərbaycan olduqca mürəkkəb situasiyalardan, çətin imtahanlardan keçirdi.
Azərbaycan dövlət müstəqilliyini qazanmışdı, lakin bu müstəqilliyə təhlükə və təhdid artırdı.
O zamankı hakimiyyətlərin ciddi səhvləri ucbatından Dağlıq Qarabağda vəziyyət kəskinləşmiş, torpaqlarımız erməni işğalına məruz qalmış, böyük sayda qaçqın ordusu meydana çıxmış, daxildə siyasi gərginlik güclənmiş, faktiki ölkə parçalanmaq, vətəndaş qarşıdurması, müstəqilliyin itirilməsi təhlükəsi ilə üzləşmişdi.
Yaşanan qorxulu siyasi böhran, Qarabağdakı arzuolunmaz hərbi proseslər uzun müddət dramatik şəkildə davam edə bilməzdi.
Mürəkkəb şəraitdən çıxış yolu tapmaq mütləq vacib idi və belə bir şəraitdə Azərbaycan ictimaiyyətinin nümayəndələri səsini yüksəltdi.
Qəti tələb bundan ibarət idi ki, Azərbaycan siyasi diletantların idarəçiliyindən xilas olmalıdır!