Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

İran rejimi legitimliyini itirir ŞƏRH

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

ATƏT də dərin böhran yaşanır

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

YAP Cənubi Qafqazın ən böyük və nüfuzlu siyasi partiyasıdır

YAP Cənubi Qafqazın ən böyük və nüfuzlu siyasi partiyasıdır

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yeni Azərbaycan Partiyası (YAP) 32 ildir ki, Azərbaycanın siyasi səhnəsindədir və ölkənin inkişafı üçün üzərinə götürdüyü bütün missiyaları mükəmməl şəkildə yerinə yetirir. Bu partiyanın təşəkkülü elə bir vaxtda baş verdi ki, həmin zamanlarda Azərbaycan olduqca mürəkkəb situasiyalardan, çətin imtahanlardan keçirdi. Azərbaycan dövlət müstəqilliyini qazanmışdı, lakin bu müstəqilliyə təhlükə və təhdid artırdı. O zamankı hakimiyyətlərin ciddi səhvləri ucbatından Dağlıq Qarabağda vəziyyət kəskinləşmiş, torpaqlarımız erməni işğalına məruz qalmış, böyük sayda qaçqın ordusu meydana çıxmış, daxildə siyasi gərginlik güclənmiş, faktiki ölkə parçalanmaq, vətəndaş qarşıdurması, müstəqilliyin itirilməsi təhlükəsi ilə üzləşmişdi. Yaşanan qorxulu siyasi böhran, Qarabağdakı arzuolunmaz hərbi proseslər uzun müddət dramatik şəkildə davam edə bilməzdi. Mürəkkəb şəraitdən çıxış yolu tapmaq mütləq vacib idi və belə bir şəraitdə Azərbaycan ictimaiyyətinin nümayəndələri səsini yüksəltdi. Qəti tələb bundan ibarət idi ki, Azərbaycan siyasi diletantların idarəçiliyindən xilas olmalıdır! Azərbaycanı güclü siyasi partiya, güclü lider idarə etməlidir. Bu lider Naxçıvanda yaşayan, çalışan, Azərbaycana rəhbərlik etmiş, Sovet İttifaqında rəhbər postlardan birini tutmuş Heydər Əliyev idi. 91 ziyalı görkəmli siyasi xadim Heydər Əliyevə müraciət ünvanlamaqla, Azərbaycanı təhlükələrdən qurtaracaq, ölkəni inkişafa aparacaq prosesin təməlini qoydu. Bu təməldə Yeni Azərbaycan Partiyasını təsis etmək və onun rəhbərliyinə Heydər Əliyevi gətirmək arzu və planları dayanırdı. Çünki Heydər Əliyev dünya miqyasında tanınan şəxsiyyət idi. O, idarəetmənin ustadı və siyasətin kamil bilicisi idi. Analitik düşüncəsi iti, siyasi təfəkkürü dərin, yeniliklərə açıq, möhkəm iradə sahibi idi. Çətin situasiyalarda düzgün addımlar atmağı, rasional qərarlar verməyi bacaran, güclü xarizmaya malik fenomen bir şəxsiyyət idi. Vaxtilə rəhbərlik etdiyi Azərbaycanı çox gözəl tanıyır, Azərbaycan insanının potensialına, Vətən sevgisinə, milli ruhuna da yaxşı bələd idi. YAP-ın siyasi səhnəyə gəlməsi Azərbaycanın qaranlıqdan çıxması üçün vacib faktora çevrilmişdi. Ölkənin bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirildi. 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə nail oldu. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar verdi, Heydər Əliyev partiyanın Sədri seçildi. Yeni Azərbaycan Partiyasının siyasi səhnəyə gəlişi belə baş verdi. Qarşıda Yeni Azərbaycan Partiyasının siyasi hakimiyyət zirvəsinə yüksəlişi və cəmiyyətin aparıcı qüvvəsinə - iqtidar partiyasına çevrilməsi prosesi də var idi. Heydər Əliyevin 1993-cü ilin iyun qiyamı zamanı Naxçıvandan Azərbaycana, dövlət idarəçiliyinə dəvət olunması sübut etdi ki, YAP-ın yaranması üçün göstərilən təşəbbüslər, cəhdlər uğurlu bir yolun başlanğıcı, atılmış ən doğru addımlardan biridir. Partiyanın Proqramında irəli sürülmüş əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsi idi. Bunlar qısa müddətdə yerinə yetirildi, ən başlıcası Azərbaycan müstəqilliyini möhkəmlətdi. Heydər Əliyevin siyasi kimliyi ilə güclənən dövlətimiz Azərbaycanın parçalanması üçün ayrı-ayrı siyasi mətbəxlərdə hazırlanan ssenariləri pozdu. Azərbaycanda demokratik inkişaf prosesinin sürətli dövrü başladı. Ölkənin Avropa Şurasına üzvlüyü, bu qurum qarşısında götürülən öhdəliklərin yerinə yetirilməsi, siyasi partiyaların, mətbuatın inkişafı, qanunların Avropa standartlarına uyğunlaşdırılması Azərbaycanda demokratiyanın bərqərar olmasını sübuta yetirirdi. Heydər Əliyevin idarəçiliyi dövründə Azərbaycan sürətlə Avropaya inteqrasiya etdi, Azərbaycan regionun güçlü dövlətinə çevrildi. Böyük İpək yolunun açılması məsələsi istiqamətində addımlar atıldı. Bakı-Ceyhan neft kəmərinin çəkilməsi, digər strateji layihələrə imza qoymaq kimi məsələləri Heydər Əliyev Azərbaycanın siyasi müstəqilliyinin qorunmasında təsirli bir vasitə kimi gördü. Ulu öndər Heydər Əliyevin imza atdığı bütün iri iqtisadi layihələrdən bu gün Azərbaycan təkcə maddi güc qazanmır, təkcə sosial siyasətini möhkəmləndirmir, Azərbaycan dünya siyasətinin müəyyənləşməsində iştirak edir. Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətt özündən sonra da davam etdirildi, Prezident İlham Əliyevin Sədrliyi ilə YAP daha da gücləndi. Çağdaş Azərbaycan nəhəng iqtisadi layihələrdə imzalarını artırdı. Ölkə hərbi cəhətdən güclənib, öz torpaqlarını hərb müstəvisində işğaldan azad etdi. Yeni Azərbaycan Partiyası bu gün də demokratik prinsiplər və ideyalara sadiq qalan bir partiya kimi çıxış edir. Konstitusiya və qanunvericilik çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, Azərbaycanda hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən, vətəndaşları birləşdirən bir siyasi partiyadır. Hazırda partiyanın sıralarında 773 770 nəfər insan var. Üstəlik, YAP-da olmayan nə qədər bitərəf insan varsa bu siyasi təşkilatın gücünü etiraf edir, onun xidmətlərini müsbət qiymətləndirir, atdığı addımları birmənalı dəstəkləyir. Partiyanın VII Qurultayı toplanmış müsbət təcrübənin qorunması vəzifəsini, habelə perspektiv strateji hədəfləri müəyyənləşdirdi. 2021-ci ildə təsdiq olunan yeni Proqramla “Müzəffər liderlə Azərbaycanı yeni zirvələrə aparan güclü partiya” olmaq vəzifəsi qarşıya qoyuldu və 10 strateji istiqamət seçildi. YAP ölkənin inkişafı üçün vacib prinsiplərə sadiqdir, irəlidəki perspektiv üçün doğru qərarlar verir, çünki məhz bu istiqamətlərlə Azərbaycanın uzunmüddətli inkişafı təmin olunacaq. Güc faktoru beynəlxalq münasibətlər sistemində öz aktuallığını qoruyub saxladığı üçün YAP hakim partiya olaraq öz siyasətini adekvat olaraq qurmağa çalışır. YAP-ın VII Qurultayında qəbul edilmiş qərar əsasında Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsi, 40 nəfər tərkibdə İdarə Heyəti, 13 nəfərdən ibarət Təftiş Komissiyası və yeni qurum olaraq YAP-ın Veteranlar Şurasının 35 nəfərlik tərkibi təsdiq edilib. Bu islahat YAP-ın inkişafında yeni tarixi mərhələ deməkdir. Hakim partiya əməkdaşlığa daim açıqdır, qarşısındakı vəzifələrdən biri kimi partiyalararası siyasi dialoqu stimullaşdırmağa diqqət ayırır. Çünki siyasi dialoqun inkişafı dövlət siyasətinin prioritet fəaliyyət istiqamətlərindən biridir. Siyasi partiyaların fəaliyyəti, demokratiyanın inkişafı, iqtisadi azadlıqların bərqərar olması, ölkəmizin güclənməsi qarşıda duran vacib məsələlərdəndir. YAP-ın təşəbbüsləri ölkəmizin gələcək siyasi sistemi, onun təkmilləşməsi üçün böyük əhəmiyyətə malikdir. Bütün bunlar deməyə əsas verir ki, hakim siyasi təşkilat qarşıdakı illərdə də üzərinə götürdüyü missiyaları uğurla yerinə yetirəcək, ulu öndər Heydər Əliyevin fikirləri ilə ifadə etsək, dünənin, bu günün partiyası olan YAP, həm də gələcəyin partiyası olacaq.

David İbramxəlilov,
YAP Qusar rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 19 Noyabr 2024 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see270

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see257

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see216

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see209

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see205

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see191

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see187

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see184

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see178

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see174

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see166

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see165

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see149

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see146

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see144

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see143

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see137

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see135

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri