Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bu gün Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatının təsis edilməsinin 33-cü ildönümü qeyd edildi.
Bununla əlaqədar rayon ictimaiyyətinin nümayəndələri və partiya fəallarının iştirakı ilə Gədəbəy rayon Heydər Əliyev Mərkəzində tədbir təşkil edildi.
Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzdülər.
Sonra Müstəqil Azərbaycanın Qurucusu və Memarı Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyü uğrunda canlarından keçən Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev iştirakçıları təbrik edərək təşkilatın təsis olunduğu dövrün tarixi şəraiti, o zaman baş verən ictimai-siyasi hadisə və proseslər barədə məruzə ilə çıxış etdi.
O bildirdi ki, Yeni Azərbaycan Partiyası 21 noyabr 1992-ci il tarixində Naxçıvan şəhərində təsis edildikdən sonra Ulu Öndər Heydər Əliyevin şəxsiyyətinə sadiqlik nümunəsi olaraq 22 yanvar 1993-cü ildə məhz Gədəbəydə bu partiyanın rayon təşkilatı yaradılıb.
Natiq ötən 33 illik müddət ərzində YAP Gədəbəy rayon təşkilatı üzvlərinin Heydər Əliyev ideologiyasına, Azərbaycan dövlətçiliyinə daim sədaqət nümayiş etdirdiklərini qeyd etdi.