YAP Gədəbəy rayon təşkilatının təsis edilməsinin 33 cü ildönümü qeyd edildi FOTOLAR
Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bu gün Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatının təsis edilməsinin 33-cü ildönümü qeyd edildi. Bununla əlaqədar rayon ictimaiyyətinin nümayəndələri və partiya fəallarının iştirakı ilə Gədəbəy rayon Heydər Əliyev Mərkəzində tədbir təşkil edildi. Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzdülər. Sonra Müstəqil Azərbaycanın Qurucusu və Memarı Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyü uğrunda canlarından keçən Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev iştirakçıları təbrik edərək təşkilatın təsis olunduğu dövrün tarixi şəraiti, o zaman baş verən ictimai-siyasi hadisə və proseslər barədə məruzə ilə çıxış etdi. O bildirdi ki, Yeni Azərbaycan Partiyası 21 noyabr 1992-ci il tarixində Naxçıvan şəhərində təsis edildikdən sonra Ulu Öndər Heydər Əliyevin şəxsiyyətinə sadiqlik nümunəsi olaraq 22 yanvar 1993-cü ildə məhz Gədəbəydə bu partiyanın rayon təşkilatı yaradılıb. Natiq ötən 33 illik müddət ərzində YAP Gədəbəy rayon təşkilatı üzvlərinin Heydər Əliyev ideologiyasına, Azərbaycan dövlətçiliyinə daim sədaqət nümayiş etdirdiklərini qeyd etdi.
Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini icra edən Natiq Nağıyev, partiya veteranı Namiq Rüstəmov və digərləri Prezident, YAP-ın Sədri cənab İlham Əliyevin fəaliyyəti sayəsində partiyanın beynəlxalq aləmdə artan nüfuzundan söhbət açıblar. Qeyd olunub ki, Yeni Azərbaycan Partiyasının qazandığı bütün uğurlar xalqın bu təşkilata olan inamından irəli gəlir. Şərəfli inkişaf yolu keçən YAP ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayır, sıraları ildən-ilə genişlənir.
Sonra rayonun ictimai-siyasi işlərində səmərəli fəaliyyətlərinə görə bir qrup YAP-çılara Fəxri Fərman təqdim olundu, tədbir Yeni Azərbaycan Partiyasının Himni ilə başa çatdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 21 Yanvar 2026 17:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















