Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Yeni Azərbaycan Partiyasının müasir Azərbaycanın siyasi sistemində tutduğu mövqe, bu sistemin formalaşmasına verdiyi töhvələr, zəngin siyasi təcrübə partiyanın fəaliyyəti ilə bağlı istənilən hadisə və prosesi ölkəmizin siyasi tarixinin mötəbər mənbəyinə çevirir.
Qələbələr və qaliblər partiyası olan Yeni Azərbaycan Partiyasının 2021-ci ilin mart ayının 5-də keçirilmiş VII Qurultayı da bütövlükdə müasir Azərbaycanın siyasi sistemində mühüm hadisə olmaqla bərabər, həm də partiyanın növbəti qələbələrinin başlanğıcı oldu.
Belə ki, VII Qurultayın qəbul etdiyi yeni Nizamnamə, Qurultaydan sonra partiyanın İdarə Heyətinin müvafiq qərarları ilə təsdiq edilmiş Partiyanın Mərkəzi Aparatı, Veteranlar Şurası, Gənclər Birliyi, eləcədə Yerli təşkilatları haqqında Əsasnamələr, yeni Proqram partiya həyatına möhtəşəm yeniliklər gətirdi.
Bu yeniliklər Yeni Azərbaycan Partiyasının ümumxalq partiyası olduğunu sübut etməklə yanaşı, təkcə postsovet məkanında deyil, həm də beynəlxalq aləmdə bu möhtəşəm siyasi təşkilatın yeri və rolunu müəyyən etmiş oldu.
Belə ki, partiya daxilində peşəkarlıq, işgüzar münasibətlər, partiyadaxili sağlam rəqabət, partiya üzvlərinin şəxsi inkişafı, milli və bəşəri dəyərlərə söykənən etik davranış, innovativ inkişaf və kreativlik, elmilik və müasirlik siyasi fəaliyyətin əsas meyarlarına çevrildi.
Yeni Azərbaycan Partiyasının VII Qurultayından ötən 4 il ərzində görülmüş işlər təkcə partiya daxilində deyil, ümumilikdə ölkəmizdə siyasi münasibətlərin peşəkar səviyyədə, yeni konfiqurasiyada qurulmasına, siyasi sistemin daha açıq, şəffaf meyarlar üzrə intişar tapmasına vəsilə oldu.
Partiyadaxili struktur islahatları, təşkilati məsələlərə mütərəqqi yanaşmalar bu prosesin açarı rolunu oynadı.