Icma.az
close
up
RU
YAP ın VII Qurultayının nəticələrindən doğan yeni siyasi reallıqlar ŞƏRH

YAP ın VII Qurultayının nəticələrindən doğan yeni siyasi reallıqlar ŞƏRH

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yeni Azərbaycan Partiyasının müasir Azərbaycanın siyasi sistemində tutduğu mövqe, bu sistemin formalaşmasına verdiyi töhvələr, zəngin siyasi təcrübə partiyanın fəaliyyəti ilə bağlı istənilən hadisə və prosesi ölkəmizin siyasi tarixinin mötəbər mənbəyinə çevirir. Qələbələr və qaliblər partiyası olan Yeni Azərbaycan Partiyasının 2021-ci ilin mart ayının 5-də keçirilmiş VII Qurultayı da bütövlükdə müasir Azərbaycanın siyasi sistemində mühüm hadisə olmaqla bərabər, həm də partiyanın növbəti qələbələrinin başlanğıcı oldu.

Belə ki, VII Qurultayın qəbul etdiyi yeni Nizamnamə, Qurultaydan sonra partiyanın İdarə Heyətinin müvafiq qərarları ilə təsdiq edilmiş Partiyanın Mərkəzi Aparatı, Veteranlar Şurası, Gənclər Birliyi, eləcədə Yerli təşkilatları haqqında Əsasnamələr, yeni Proqram partiya həyatına möhtəşəm yeniliklər gətirdi. Bu yeniliklər Yeni Azərbaycan Partiyasının ümumxalq partiyası olduğunu sübut etməklə yanaşı, təkcə postsovet məkanında deyil, həm də beynəlxalq aləmdə bu möhtəşəm siyasi təşkilatın yeri və rolunu müəyyən etmiş oldu. Belə ki, partiya daxilində peşəkarlıq, işgüzar münasibətlər, partiyadaxili sağlam rəqabət, partiya üzvlərinin şəxsi inkişafı, milli və bəşəri dəyərlərə söykənən etik davranış, innovativ inkişaf və kreativlik, elmilik və müasirlik siyasi fəaliyyətin əsas meyarlarına çevrildi.

Yeni Azərbaycan Partiyasının VII Qurultayından ötən 4 il ərzində görülmüş işlər təkcə partiya daxilində deyil, ümumilikdə ölkəmizdə siyasi münasibətlərin peşəkar səviyyədə, yeni konfiqurasiyada qurulmasına, siyasi sistemin daha açıq, şəffaf meyarlar üzrə intişar tapmasına vəsilə oldu. Partiyadaxili struktur islahatları, təşkilati məsələlərə mütərəqqi yanaşmalar bu prosesin açarı rolunu oynadı. Ciddi, müsbət keyfiyyət dəyişikliklərinə səbəb olmuş kadr təyinatları partiyanın strateji hədəflərinə yönəlik mühüm siyasi addım olaraq yeniliklərin davamlılığına şərait yaratdı. Məhz VII Qurultaydan sonra baş vermiş bu dəyişikliklər müasir dövrün çağırışlarına cavab verir və bu qurultayın partiyanın və ölkəmizin ictimai-siyasi münasibətlər sisteminin tarixində mühüm hadisə olaraq diqqəti cəlb edir. Bu dəyişikliklər respublikamızda fəaliyyət göstərən bir sıra ictimai-siyasi təşkilatların öz mövcudluqlarına yenidən baxmağa, cəmiyyətə və dövlətə daha çox səmərə verəcək mövqe sərgiləmələrinə səbəb oldu. Təsadüfi deyil ki, qurultaydan sonra bir çox partiyalar Yeni Azərbaycan Partiyasına qoşulmaqla bağlı müraciət ünvanladılar və bu müraciətlər müsbət cavablandırıldı.

Ötən 4 il ərzində gərgin əmək və zəhmət sərf edilən siyasi fəaliyyət nəticəsində əldə olunmuş uğurlar partiyanın yeni tarixi qələbələrini təmin etməkdədir. Bu müddət ərzində minlərlə Azərbaycan vətəndaşının partiya sıralarına üzv kimi qəbul olunmaqdan ötrü etdikləri müraciət, ictimai-siyasi münasibətlər sisteminin ən müxtəlif iştirakçılarının Yeni Azərbaycan Partiyası ilə konstruktiv dialoqda maraqlı olmaları, həm də Yeni Azərbaycan Partiyasının ölkəmizin taleyüklü məsələləri ilə bağlı qəbul etdiyi qərarların nə qədər mütərəqqi, xalqımızın bütövlüyünə, tarix gələcəyinin möhtəşəmliyinə və qalibiyyətlərə hesablanmış qərarlar olduğunun əyani sübutlarıdr. Partiya rəhbərliyinin, partiyanın Mərkəzi Aparatının yerli təşkilatlara, sıravi partiya üzvlərinə münasibətdə tamamilə yeni, inkişaf etmiş siyasi sistemlərin mütərəqqi və müasir nümunələrini özündə ehtiva edən yanaşmaları ölkəmizdə Yeni Azərbaycan Partiyasının nüfuzunu daha da yüksəltdi. İndi Yeni Azərbaycan Partiyası qalib siyasi təsisat olmaqdan əlavə, həm də islahatlara açıq, müəyyən etdiyi hədəflərə doğru əzmlə irəliləyən, ümumxalq sevgisi qazanmış möhtəşəm siyasi təşkilat kimi xalqımızın öz tarixi ideallarını, partiyanın ideya və prinsiplərini gerçəkləşdirməyə daim çalışan mütəşəkkil qüvvə olaraq beynəlxalq aləmdə də nüfuz qazanmaqdadır.

Yeni Azərbaycan Partiyası VII Qurultaydan ötən 4 il ərzində öz beynəlxalq əlaqərini genişləndirərək dünyada mövcud olan müxtəlif çalarlı siyasi sistemlərin yeniliklərini əxz etməklə yanaşı, həmin siyasi sistemlərə öz töhvəsini vermişdir. Bu gün artıq Yeni Azərbaycan Partiyası dünyanın bir çox dövlətlərinin hakim siyasi təşkilataları ilə qarşılıqlı münasibətlər qurub və bu proses davam edir. Bu manasibətlər çərçivəsində partiya rəhbərliyinin xarici ölkələrə, eləcədə bir sıra ölkələrin hakim siyasi təşkilatlarının ölkəmizə qarşılıqlı səfərləri, Yeni Azərbaycan Partiyası ilə əlaqələri inkişaf etdirməyə səy göstərmələri, məhz qurultaydan sonrakı dövr ərzində görülmüş işlərin, atılmış tarixi addımların nəticəsidir.

Partiyanın Mərkəzi Aparatının 5 mart 2021-ci il tarixli VII Qurultayda qəbul edilmiş yeni proqramda öz əksini tapan müasir çağırış və tendensiyalara uyğun olaraq həyata keçirdiyi tədbirlər, partiyanın strukturuna daxil olan qurumlarla koordinasiyalı iş, yerli təşkilatlara verilən tapşırıq və göstərişlər imkan verir ki, partiyamızın sədri, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirdiyi islahatların Azərbaycan xalqı və dövləti naminə ən müxtəlif sahələrdə icra edilməsindən ötrü start verdiyi yeniliklərin həyata keçirilməsi işində Yeni Azərbaycan Partiyası ölkəmizin avanqard siyasi qüvvəsi olaraq onun bütün çağırışlarını sonadək müdafiə etsin, daim əzmlə çalışsın, qarşıya qoyulmuş hədəflərə çatmaqdan ötrü var qüvvəsini sərf etsin. 2024-cü il fevral ayında keçirilmiş Prezident seçkilərində, sentyabr ayında keçirilmiş Milli Məclisə seçkilərində, 2025-ci ilin yanvar ayında keçirilmiş bələdiyyə seçkilərində əldə edilmiş qalibiyyətlər məhz bu əzm və iradənin möhtəşəm nəticələridir.

Yeni Azərbaycan Partiyasının üzvləri müasir dövrün reallıqlarına, regionda və dünyada baş verən qlobal inteqrasiya proseslərinə, dünya dövlətlərinin birliyinə daim mütərəqqi münasibət sərgiləyərək demokratik dəyərləri inkişaf etdirməklə ölkəmizi öz müstəqil siyasi addımları, siyasi mədəniyyəti ilə dünya ölkələrinin ön sıralarına çıxarmasına çalışırlar. Yeni Azərbaycan Partiyası xalqla birlikdə bu tarixi-siyasi missiyanın həyata keçirilməsindən ötrü cənab İlham Əliyevin ətrafında bir yumruq kimi birləşərək tarix yazır. Bu tarix, azad, suveren, bütöv Azərbaycanın tərəqqisi və intibahı tarixidir.

Kamil Qurbanlı

Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:134
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 06 Mart 2025 00:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya bankları İran akkreditivlərini qəbul etməyə başlayıblar

20 Oktyabr 2025 15:22see212

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see200

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see172

Qazaxıstan və Azərbaycan arasında süni intellekt və İT sahəsində əməkdaşlıq üçün böyük potensial var Nazirliyin İdarə rəhbəri

20 Oktyabr 2025 17:30see163

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see152

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see149

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see143

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see141

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see139

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see139

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see134

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see132

Rıbin və həyat yoldaşı öləcəkləri halda tək oğul övladlarına təlimatlar tərtib ediblər...

20 Oktyabr 2025 00:18see131

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see130

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see129

Qara zirə yağı: Hər dərdin dərmanı

20 Oktyabr 2025 05:06see126

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see124

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see123

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see123

Türkiyədə Can Holding in rəhbəri həbs olundu

21 Oktyabr 2025 01:36see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri