Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.
Çində səfərdə olan Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti aprelin 24-də Urumçi şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Siyasi Partiyalar Forumunun “İnkişaf imkanlarını paylaşmaq və iqtisadi qloballaşmanı təşviq etmək” adlı panel sessiyasında iştirak edib.Newscenter.az-a hakim partiyadan bildirilib ki, panel sessiyasında çıxış edən YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov dəvətə və yüksək qonaqpərvərliyə görə Yeni Azərbaycan Partiyasının nümayəndələri adından Çin Kommunist Partiyasının rəhbərliyinə təşəkkürünü bildirib və Forumun işinə uğurlar arzulayıb.YAP Sədrinin müavini qeyd edib ki, müasir dövrdə mürəkkəb geosiyasi proseslərin baş verdiyi və qloballaşmanın geniş vüsət aldığı şəraitdə dövlətlərin siyasi gündəliyi olduqca zəngindir.
Onun sözlərinə görə, müstəqil dövlətlər öz sosial-iqtisadi resurslarına, demoqrafik potensialına, coğrafi mövqeyinə və digər bir sıra mühüm amillərə görə strateji prioritetlərini müəyyən edərək çağdaş reallıqlara və qlobal çağırışlara uyğun siyasət həyata keçirməklə davamlı inkişafa nail olmağa çalışırlar: “Müxtəlif ölkələrin təcrübəsi dünyada bir sıra mütərəqqi inkişaf modelinin mövcud olduğunu göstərir.
Onların hər biri spesifik xarakter daşısa da, ümumən başlıca sosial-iqtisadi məqsədləri, o cümlədən makroiqtisadi sabitliyin, sosial inklüzivliyin təmini, vətəndaş rifahının yüksəldilməsi kimi məsələləri özündə ehtiva edir.
Daxili sabitlik, siyasi-hüquqi islahatlar vasitəsilə qanunvericilik bazasının möhkəmləndirilməsi, idarəçilikdə informasiya-kommunikasiya texnologiyalarının, süni intellektin tətbiqi və bu kimi digər amillər isə dayanıqlı inkişafa etibarlı zəmin yaradır”.YAP Mərkəzi Aparatının rəhbəri vurğulayıb ki, istər Cənubi Qafqaz regionunun lider dövləti olaraq beynəlxalq müstəvidə yüksək nüfüza malik Azərbaycan, istərsə də dünyada aparıcı güc mərkəzlərindən biri kimi çıxış edən Çin özünəməxsus inkişaf modelinə sahibdir.
O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin məqsədyönlü siyasətinin qanunauyğun nəticəsi kimi yeni bir iqtisadi fenomen – “inkişafın Azərbaycan modeli” kimi səciyyələndirilən nümunə dünya siyasi və iqtisadi elitasının diqqətini cəlb etmişdir: “Müstəqillik illərində Azərbaycanın iqtisadi sistemi gücləndirilərək xarici təsirlərə davamlı hala gətirilmiş, maliyyə imkanları genişləndirilmiş, ümumi daxili məhsul, büdcə gəlirləri, xarici ticarət dövriyyəsi, ixracın həcmi dəfələrlə artmış, ölkənin strateji valyuta ehtiyatları xarici borcu 14 dəfə üstələmişdir.
Davos Dünya İqtisadi Forumunun qlobal rəqabətlilik hesabatlarında Azərbaycanın mütəmadi yüksəlişi və dünyada islahatçı ölkələrdən biri kimi təqdim edilməsi bu reallığın bariz nümunəsidir”.Ölkəmizin iqtisadi inkişafı prosesində milli və qlobal çağırışlardan irəli gələn vəzifələrin, o cümlədən ətraf mühitin mühafizəsi faktorunun ön plana çəkildiyini söyləyən Tahir Budaqov vurğulayıb ki, biomüxtəlifliyin, su hövzələrinin, o cümlədən Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi, ekoturizmin inkişafı, təbii sərvətlərdən və bərpaolunan enerji mənbələrindən səmərəli istifadə xüsusi diqqət mərkəzində saxlanılır: “Azərbaycanın işğaldan azad olunmuş ərazilərində - Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında, Naxçıvan Muxtar Respublikasında “yaşıl enerji” konsepsiyası əsasında ekoloji təmiz texnologiyaların tətbiqi və ekoloji mühitin yaxşılaşdırılması həm alternativ enerji mənbələrinin artırılması və “yaşıl iqtisadiyyata” keçid, həm də milli genofondun qorunması və əhalinin sağlam gələcəyinin təmin olunması baxımından son dərəcədə əhəmiyyətlidir.
Azərbaycanın 2024-cü ilin noyabr ayında COP29-a uğurla ev sahibliyi etməsi və bunun nəticəsi olaraq paytaxt Bakıda iqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizəyə dair qlobal əhəmiyyətli qərarların qəbulu isə ölkəmizin “yaşıl inkişaf” siyasəti həyata keçirməklə iqtisadi qloballaşmanın təşviqində mühüm rol oynadığını təsdiqləyir”.YAP Sədrinin müavini qeyd edib ki, Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət, rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı, təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi kimi prioritetlər öz əksini tapmışdır: “Bu prirotetlərdən irəli gələn vəzifələrin yerinə yetirilməsi iqtisadiyyatın şaxələndirilməsi və xarici təsirlərə dayanıqlılığının gücləndirilməsi, maliyyə sabitliyinin qorunması, müasir infrastruktur quruculuğunun sürətləndirilməsi və tranzit-logistika potensialının genişləndirilməsi, rəqabətqabiliyyətli yerli istehsalın artırılması və ixracın stimullaşdırılması, ekoloji təmiz iqtisadi fəaliyyətin təşviqi və “yaşıl enerji” məkanının yaradılması, insan kapitalının inkişafı, bütövlükdə isə qloballaşma şəraitində milli məqsədlərin gerçəkləşdirilməsi və dayanıqlı inkişafın təmini baxımından olduqca mühüm əhəmiyyətə malikdir”.Bu gün ölkəmizin dostu və etibarlı strateji tərəfdaşı olan Çin Xalq Respublikasının inkişaf yolunun da dünyada böyük maraq və diqqətlə izlənildiyini, həyata keçirilən siyasət nəticəsində qazanılan uğurların beynəlxalq müstəvidə, o cümlədən Azərbaycanda yüksək qiymətləndirildiyini vurğulayan YAP Mərkəzi Aparatının rəhbəri bildirib ki, Çin Xalq Respublikasının Sədri, Çin Kommunist Partiyasının Baş katibi Si Cinpinin yeni dövrdə bərabərlik, sosial ədalət, ictimai rifah, kollektiv inkişaf və güclü dövlətçilik prinsiplərinə əsaslanan Çin xüsusiyyətli sosializm konsepsiyası həm Çinin müstəqil dövlət kimi tərəqqisinə, həm də bəşəri mahiyyəti ilə xalqların xoşbəxt gələcəyinə hesablanmışdır: “Dünya sürətlə dəyişir, yeni çağırışlar meydana çıxır və daha effektiv vasitələrdən, o cümlədən innovasiyalardan istifadə etməklə hədəflərin reallaşdırılması zərurətə çevrilir.