Icma.az
close
up
RU
YAP nümayəndə heyəti ŞƏT in Siyasi Partiyalar Forumunun panel iclasında iştirak edib

YAP nümayəndə heyəti ŞƏT in Siyasi Partiyalar Forumunun panel iclasında iştirak edib

Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.


Çində səfərdə olan Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti aprelin 24-də Urumçi şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Siyasi Partiyalar Forumunun “İnkişaf imkanlarını paylaşmaq və iqtisadi qloballaşmanı təşviq etmək” adlı panel sessiyasında iştirak edib.
Newscenter.az-a hakim partiyadan bildirilib ki, panel sessiyasında çıxış edən YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov dəvətə və yüksək qonaqpərvərliyə görə Yeni Azərbaycan Partiyasının nümayəndələri adından Çin Kommunist Partiyasının rəhbərliyinə təşəkkürünü bildirib və Forumun işinə uğurlar arzulayıb.
YAP Sədrinin müavini qeyd edib ki, müasir dövrdə mürəkkəb geosiyasi proseslərin baş verdiyi və qloballaşmanın geniş vüsət aldığı şəraitdə dövlətlərin siyasi gündəliyi olduqca zəngindir. Onun sözlərinə görə, müstəqil dövlətlər öz sosial-iqtisadi resurslarına, demoqrafik potensialına, coğrafi mövqeyinə və digər bir sıra mühüm amillərə görə strateji prioritetlərini müəyyən edərək çağdaş reallıqlara və qlobal çağırışlara uyğun siyasət həyata keçirməklə davamlı inkişafa nail olmağa çalışırlar: “Müxtəlif ölkələrin təcrübəsi dünyada bir sıra mütərəqqi inkişaf modelinin mövcud olduğunu göstərir. Onların hər biri spesifik xarakter daşısa da, ümumən başlıca sosial-iqtisadi məqsədləri, o cümlədən makroiqtisadi sabitliyin, sosial inklüzivliyin təmini, vətəndaş rifahının yüksəldilməsi kimi məsələləri özündə ehtiva edir. Daxili sabitlik, siyasi-hüquqi islahatlar vasitəsilə qanunvericilik bazasının möhkəmləndirilməsi, idarəçilikdə informasiya-kommunikasiya texnologiyalarının, süni intellektin tətbiqi və bu kimi digər amillər isə dayanıqlı inkişafa etibarlı zəmin yaradır”.
YAP Mərkəzi Aparatının rəhbəri vurğulayıb ki, istər Cənubi Qafqaz regionunun lider dövləti olaraq beynəlxalq müstəvidə yüksək nüfüza malik Azərbaycan, istərsə də dünyada aparıcı güc mərkəzlərindən biri kimi çıxış edən Çin özünəməxsus inkişaf modelinə sahibdir. O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin məqsədyönlü siyasətinin qanunauyğun nəticəsi kimi yeni bir iqtisadi fenomen – “inkişafın Azərbaycan modeli” kimi səciyyələndirilən nümunə dünya siyasi və iqtisadi elitasının diqqətini cəlb etmişdir: “Müstəqillik illərində Azərbaycanın iqtisadi sistemi gücləndirilərək xarici təsirlərə davamlı hala gətirilmiş, maliyyə imkanları genişləndirilmiş, ümumi daxili məhsul, büdcə gəlirləri, xarici ticarət dövriyyəsi, ixracın həcmi dəfələrlə artmış, ölkənin strateji valyuta ehtiyatları xarici borcu 14 dəfə üstələmişdir. Davos Dünya İqtisadi Forumunun qlobal rəqabətlilik hesabatlarında Azərbaycanın mütəmadi yüksəlişi və dünyada islahatçı ölkələrdən biri kimi təqdim edilməsi bu reallığın bariz nümunəsidir”.
Ölkəmizin iqtisadi inkişafı prosesində milli və qlobal çağırışlardan irəli gələn vəzifələrin, o cümlədən ətraf mühitin mühafizəsi faktorunun ön plana çəkildiyini söyləyən Tahir Budaqov vurğulayıb ki, biomüxtəlifliyin, su hövzələrinin, o cümlədən Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi, ekoturizmin inkişafı, təbii sərvətlərdən və bərpaolunan enerji mənbələrindən səmərəli istifadə xüsusi diqqət mərkəzində saxlanılır: “Azərbaycanın işğaldan azad olunmuş ərazilərində - Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında, Naxçıvan Muxtar Respublikasında “yaşıl enerji” konsepsiyası əsasında ekoloji təmiz texnologiyaların tətbiqi və ekoloji mühitin yaxşılaşdırılması həm alternativ enerji mənbələrinin artırılması və “yaşıl iqtisadiyyata” keçid, həm də milli genofondun qorunması və əhalinin sağlam gələcəyinin təmin olunması baxımından son dərəcədə əhəmiyyətlidir. Azərbaycanın 2024-cü ilin noyabr ayında COP29-a uğurla ev sahibliyi etməsi və bunun nəticəsi olaraq paytaxt Bakıda iqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizəyə dair qlobal əhəmiyyətli qərarların qəbulu isə ölkəmizin “yaşıl inkişaf” siyasəti həyata keçirməklə iqtisadi qloballaşmanın təşviqində mühüm rol oynadığını təsdiqləyir”.
YAP Sədrinin müavini qeyd edib ki, Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət, rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı, təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi kimi prioritetlər öz əksini tapmışdır: “Bu prirotetlərdən irəli gələn vəzifələrin yerinə yetirilməsi iqtisadiyyatın şaxələndirilməsi və xarici təsirlərə dayanıqlılığının gücləndirilməsi, maliyyə sabitliyinin qorunması, müasir infrastruktur quruculuğunun sürətləndirilməsi və tranzit-logistika potensialının genişləndirilməsi, rəqabətqabiliyyətli yerli istehsalın artırılması və ixracın stimullaşdırılması, ekoloji təmiz iqtisadi fəaliyyətin təşviqi və “yaşıl enerji” məkanının yaradılması, insan kapitalının inkişafı, bütövlükdə isə qloballaşma şəraitində milli məqsədlərin gerçəkləşdirilməsi və dayanıqlı inkişafın təmini baxımından olduqca mühüm əhəmiyyətə malikdir”.
Bu gün ölkəmizin dostu və etibarlı strateji tərəfdaşı olan Çin Xalq Respublikasının inkişaf yolunun da dünyada böyük maraq və diqqətlə izlənildiyini, həyata keçirilən siyasət nəticəsində qazanılan uğurların beynəlxalq müstəvidə, o cümlədən Azərbaycanda yüksək qiymətləndirildiyini vurğulayan YAP Mərkəzi Aparatının rəhbəri bildirib ki, Çin Xalq Respublikasının Sədri, Çin Kommunist Partiyasının Baş katibi Si Cinpinin yeni dövrdə bərabərlik, sosial ədalət, ictimai rifah, kollektiv inkişaf və güclü dövlətçilik prinsiplərinə əsaslanan Çin xüsusiyyətli sosializm konsepsiyası həm Çinin müstəqil dövlət kimi tərəqqisinə, həm də bəşəri mahiyyəti ilə xalqların xoşbəxt gələcəyinə hesablanmışdır: “Dünya sürətlə dəyişir, yeni çağırışlar meydana çıxır və daha effektiv vasitələrdən, o cümlədən innovasiyalardan istifadə etməklə hədəflərin reallaşdırılması zərurətə çevrilir. Sürətli transformasiya proseslərini müşahidə etdiyimiz hazırkı mərhələdə Çinin timsalında yerli resurslardan və müasir texnologiyalardan istifadə etməklə, səmərəli investisiya siyasəti həyata keçirməklə davamlı inkişafın təmin edilməsi iqtisadi qloballaşmanın təşviqi baxımından da böyük əhəmiyyətə malikdir”.
Tahir Budaqov vurğulayıb ki, dövlət başçılarının iradələri sayəsində müxtəlif sahələri əhatə edən çoxşaxəli əməkdaşlığın dərinləşdirilməsi məqsədilə 2024-cü ilin iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində qəbul olunan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə"də əksini tapan mühüm məsələlərdən biri də qarşılıqlı fəaliyyət əsasında hər iki ölkənin davamlı inkişafının təşviqidir: “Bəyannamədə qeyd edilmişdir ki, tərəflər milli xüsusiyyətlərinə uyğun seçilmiş inkişaf yolu boyunca bir-birilərinə qətiyyətli dəstək verməyə davam edəcək, ümumi inkişaf və firavanlığa nail olmaq üçün əməkdaşlıq etməyə hazırdırlar. Xüsusilə də, nəqliyyat-logistika sahəsində əməkdaşlığın genişləndirilməsi həm hər iki ölkənin və tərəfdaş dövlətlərin inkişafına, həm də Avrasiya geosiyasi məkanında iqtisadi qloballaşmanın təşviqinə önəmli töhfələr verəcəkdir. Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm tərkib hissəsi olan Azərbaycan Çinin "Kəmər, yol" layihəsinə ilk dəstək verən ölkələrdən biri kimi bu layihə və Orta Dəhliz çərçivəsində işbirliyinin genişləndirilməsində maraqlıdır. Çin Xalq Respublikası da bu istiqamətdə Azərbaycan ilə çoxtərəfli əməkdaşlıq niyyətini aydın ifadə edərək siyasi iradəsini aşkar nümayiş etdirmişdir”.
YAP Sədrinin müavini qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bugünlərdə Çin Xalq Respublikasına rəsmi dövlət səfəri, şübhəsiz ki, ölkələrimiz arasında əməkdaşlığın inkişafına əlavə təkan verəcək və yeni məzmun kəsb etməklə ümumi dəyərlərə, mədəni köklərə və qarşılıqlı iqtisadi maraqlara əsaslanan çoxəsrlik Azərbaycan-Çin münasibətlərinin növbəti tarixi mərhələsinin əsasını qoyacaqdır: “Əminəm ki, hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinə əsaslanan məqsədyönlü birgə fəaliyyət bundan sonra da həm xalqlarımıza, həm də digər ölkələrə fayda verəcəkdir. Yeni Azərbaycan Partiyası və Çin Kommunist Partiyası ənənəvi dostluq münasibətlərinə və ötən ilin noyabrında imzalanmış əməkdaşlıq memorandumunun müddəalarına əsaslanaraq bu prosesdə fəal iştirak etmək və qarşıya qoyulan vəzifələri inamla yerinə yetirmək əzmindədir”.
Forumun başa çatmasından sonra həmin gün YAP nümayəndə heyəti Çinin Çjetsyan vilayətinin Xançjou şəhərinə yola düşüb.
Xatırladaq ki, YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyətinə Mərkəzi Aparatın Beynəlxalq əlaqələr və humanitar məsələlər şöbəsinin müdiri Hülya Məmmədli və “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev daxildir.
Süleyman
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 24 Aprel 2025 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see215

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see206

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see200

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see184

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see176

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see164

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see162

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see148

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see144

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see135

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri