YAP Yasamal rayon təşkilatında idman yarışlarının keçirilməsi ilə bağlı püşkatma iclası ke…
Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
YAP Yasamal rayon təşkilatında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş silsilə idman yarışlarının keçirilməsi ilə bağlı püşkatma iclası keçirilib.
İdman yarışları Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti və Bakı şəhər Gənclər və İdman idarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə keçirəcəkdir.
İclasda YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Bakı şəhər Gənclər və İdman idarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun müdiri İlham Səfərov, YAP Yasamal rayon təşkilatının əməkdaşları, YAP Yasamal rayon ərazi partiya təşkilatlarının sədrləri, Yasamal rayonunda yerləşən ali və orta ixtisas təhsil müəssisələrinin idman klublarının rəhbərləri iştrak edib.
Qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş silsilə idman yarışlarının keçirilməsinin əsas məqsədləri ümummilli lider Heydər Əliyevin anadan olmasını təntənəli surətdə qeyd etmək, gəncləri bədən tərbiyəsi və idmanla aktiv məşğul olmağa cəlb etmək, gənclərin fiziki sağlamlığını möhkəmləndirərək sağlam həyat tərzini təbliğ etmək, rayon ərazisində idman yarış və tədbirlərinin ənənələrini qoruyub saxlamaqdan ibarətdir.
İclası giriş sözü ilə açan Yap Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev iştirakçıları salamlayaraq ilk öncə ölkəmizin idman sahəsində də əldə etdiyi uğurlardan geniş bəhs edib.
Sonra idman yarışları ilə bağlı ilk iclasın 2025-ci il aprel ayının 9-da baş tutması qeyd olunaraq cari ilin aprel-may aylarında keçiriləcək idman yarışların əhəmiyyəti və mahiyyəti haqqında bəhs edilib.
Bəxtiyar Nəbiyev qeyd edib ki, idman yarışlarının keçirilməsi, gənclərin bu sahədə aktivlik nümayiş etdirməsinin səbəbi əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və hal-hazırda Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətidir.
Tam oxu
Xəbəri oxu