Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

İran rejimi legitimliyini itirir ŞƏRH

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Saça yapışan saqqızdan qurtulmağın yolları

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

ATƏT də dərin böhran yaşanır

YAP Yasamal rayon təşkilatında idman yarışlarının keçirilməsi ilə bağlı püşkatma iclası keçirilib FOTOLAR

YAP Yasamal rayon təşkilatında idman yarışlarının keçirilməsi ilə bağlı püşkatma iclası keçirilib FOTOLAR

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

YAP Yasamal rayon təşkilatında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş silsilə idman yarışlarının keçirilməsi ilə bağlı püşkatma iclası keçirilib.

İdman yarışları Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti və Bakı şəhər Gənclər və İdman idarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə keçirəcəkdir.

İclasda YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Bakı şəhər Gənclər və İdman idarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun müdiri İlham Səfərov, YAP Yasamal rayon təşkilatının əməkdaşları, YAP Yasamal rayon ərazi partiya təşkilatlarının sədrləri, Yasamal rayonunda yerləşən ali və orta ixtisas təhsil müəssisələrinin idman klublarının rəhbərləri iştrak edib.

Qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş silsilə idman yarışlarının keçirilməsinin əsas məqsədləri ümummilli lider Heydər Əliyevin anadan olmasını təntənəli surətdə qeyd etmək, gəncləri bədən tərbiyəsi və idmanla aktiv məşğul olmağa cəlb etmək, gənclərin fiziki sağlamlığını möhkəmləndirərək sağlam həyat tərzini təbliğ etmək, rayon ərazisində idman yarış və tədbirlərinin ənənələrini qoruyub saxlamaqdan ibarətdir.

İclası giriş sözü ilə açan Yap Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev iştirakçıları salamlayaraq ilk öncə ölkəmizin idman sahəsində də əldə etdiyi uğurlardan geniş bəhs edib. Sonra idman yarışları ilə bağlı ilk iclasın 2025-ci il aprel ayının 9-da baş tutması qeyd olunaraq cari ilin aprel-may aylarında keçiriləcək idman yarışların əhəmiyyəti və mahiyyəti haqqında bəhs edilib. Bəxtiyar Nəbiyev qeyd edib ki, idman yarışlarının keçirilməsi, gənclərin bu sahədə aktivlik nümayiş etdirməsinin səbəbi əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və hal-hazırda Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətidir. Məhz buna görə də keçiriləcək silsilə idman yarışları ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunması təsadüfi deyil. Çıxışın sonunda hər bir komandaya uğurlar arzu edilib.

Bakı şəhər Gənclər və İdman idarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun müdiri İlham Səfərov da çıxış edərək ölkəmizdə aparılan uğurlu gənclər siyasətindən bəhs edib. Qeyd olunub ki, yarışların keçirilməsi ilə bağlı əsasnamə yarış iştirakçılarına təqdim edilib və 2025-c il aprel ayının 9-da isə təsdiq olunub. 6 idman növü üzrə 7 yarışda (basketbol, stolüstü tennis, voleybol (oğlan, qız), mini-futbol, şahmat, dama) iştirak edəcək komandaların üzvlərinin hər birinin ərizələri, iştirakçıların həkim arayışlarının təqdim edilməsi, Yarışların keçirilməsi nəzərdə tutulan təhsil müəssisələrinin idman zallarının ideal vəziyyətdə olması və təhlükəsizlik tədbirlərinin həyata keçirilməsində hər bir müəssisənin məsuliyyət daşıması iclas iştirakçılarının nəzərinə çatdırıldı. Çıxışın sonunda iştirakçılara uğurlar arzu edilib.

Çıxışlardan sonra yarışlarda iştirak edəcək komandaların iclasda iştirak edən nümayəndələrinin iştirakı ilə puşk atma mərasimi keçirilib. Komandaların yarışacağı məkan, tarixlər müəyyənləşdirilib və məlumat verilib.

İclasının sonunda isə iştirakçıların sualları cavablandırılıb, təkliflər dinlənilib.

Qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş silsilə idman yarışları 2025-ci ilin aprel ayının 21-dən etibarən başlayacaq.

Yarışlarda iştirak edəcək komandaların hər birinə uğurlar arzu edirik!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 16 Aprel 2025 18:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see248

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see215

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see207

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see202

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see185

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see177

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see164

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see163

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see155

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see144

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see139

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see136

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri