“Yapı Kredi Bank Azərbaycan“ ilə pis başlayıb: Mənfəətdə azalma, aktivlərdə kəskin “ərimə“…
Icma.az, Tribuna portalına istinadən məlumat verir. “Yapı Kredi Bank Azərbaycan” 2025-ci ilin ilk rübünün nəticələrini açıqlayıb.
Tribunainfo.az xəbər verir ki, valyuta.az xəbər verir ki, bank ilin birinci rübünü 2,28 milyon manat xalis mənfəətlə başa vurub.
Bununla belə, bu rəqəm ötən ilin eyni dövrünə nisbətən 7,7% azdır.
Hesabat dövründə bankın faiz gəlirləri 6,2% artaraq 11,34 milyon manata çatıb.
Əsas artım müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirlərində (7,79 mln. manat) müşahidə edilib.
İlk rübdə “Yapı Kredi Bank Azərbaycan”ın faiz xərcləri ötən ilin eyni dövrünə nisbətən 2 dəfədən çox artaraq 984,5 min manatdan (I rüb 2024) 2,01 milyon manata yüksəlib.
Bu ciddi artım əsasən depozitlər üzrə faizlər (1,7 mln. manat) və cəlb edilmiş kreditlərə görə ödənilən faizlər (311.3 min manat) ilə bağlıd
Nəticədə bankın xalis faiz gəliri 3,7% azalaraq 9,34 milyon manata enib.
Tam oxu
Xəbəri oxu