Icma.az
close
up
RU
“Yapı Kredi Bank Azərbaycan“ ilə pis başlayıb: Mənfəətdə azalma, aktivlərdə kəskin “ərimə“

“Yapı Kredi Bank Azərbaycan“ ilə pis başlayıb: Mənfəətdə azalma, aktivlərdə kəskin “ərimə“

Icma.az, Tribuna portalına istinadən məlumat verir.

“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ilin ilk rübünün nəticələrini açıqlayıb.

Tribunainfo.az xəbər verir ki, valyuta.az xəbər verir ki, bank ilin birinci rübünü 2,28 milyon manat xalis mənfəətlə başa vurub. Bununla belə, bu rəqəm ötən ilin eyni dövrünə nisbətən 7,7% azdır.

Hesabat dövründə bankın faiz gəlirləri 6,2% artaraq 11,34 milyon manata çatıb. Əsas artım müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirlərində (7,79 mln. manat) müşahidə edilib.
İlk rübdə “Yapı Kredi Bank Azərbaycan”ın faiz xərcləri ötən ilin eyni dövrünə nisbətən 2 dəfədən çox artaraq 984,5 min manatdan (I rüb 2024) 2,01 milyon manata yüksəlib.

Bu ciddi artım əsasən depozitlər üzrə faizlər (1,7 mln. manat) və cəlb edilmiş kreditlərə görə ödənilən faizlər (311.3 min manat) ilə bağlıdır.

Nəticədə bankın xalis faiz gəliri 3,7% azalaraq 9,34 milyon manata enib.  Yəni faiz gəlirləri artsa da, faiz xərclərinin kəskin artımı səbəbindən xalis faiz gəliri azalıb.

Bankın qeyri-faiz gəlirləri komissiya gəlirləri və xarici valyutadan gəlir hesabına 1 milyon manat artaraq bu ilin ilk rübündə 6,46 milyon manata çatıb. Qeyri-faiz xərcləri isə 11,14 milyon manatdan 11,59 milyon manata yüksəlib.

Bank mümkün zərərlər üçün yaradılan ehtiyatları 17,4% azaldaraq 3,39 milyon manatdan bu ilin ilk rübündə 2,8 milyon manata endirib.

Ümumilikdə bankın mənfəət vergisindən əvvəlki mənfəəti 520.93 min manat olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 43% azalmda deməkdir. 2024-cü ilin ilk rübündə bu rəqəm 921,3 min manat təşkil edib.

Maraqlıdır ki, son üç ayda “Yapı Kredi Bank Azərbaycan”ın cəmi aktivləri 23%-dən çox və ya 170,3 milyon manat “əriyərək” 560 milyon manata, cəmi öhdəlikləri isə 28% azalaraq 447,41 milyon manata enib. Cəmi kapitalı isə 2,4% artaraq 112,67 milyon manata bərabər olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 14 Aprel 2025 18:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see211

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see206

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see200

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see184

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see176

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see163

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see161

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri