YAPın Kürdəmir rayon təşkilatı üzrə “Atakişili kənd” ərazi partiya təşkilatının hesabatseç…
Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
22 noyabr 2024-cü il tarixdə Kürdəmir rayon Möhübbət Əzimov adına Atakişili kənd tam orta məktəbində YAP Kürdəmir rayon təşkilatının “Atakişili kənd” ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib.
Tədbirdə YAP Kürdəmir rayon təşkilatının sədr müavini Elxan Qafarov iştirak edibdir.
Tədbiri giriş sözü ilə açan YAP Kürdəmir rayon təşkilatının sədr müavini Elxan Qafarov Yeni Azərbaycan Partiyasının ölkənin ictimai, siyasi və sosial həyatındakı rolundan danışaraq bildirib ki, ölkəmiz böyük tərəqqi və inkişaf yolu keçərək dünyada öz layiqli yerini tutmuşdur.
Ali Baş Komandanımızın rəhbərliyi və Müzəffər Ordumuzun qalibiyyəti nəticəsində üçrəngli müqəddəs bayrağımız suverenliyimizin rəmzi kimi Qarabağ da daxil olmaqla bütöv Azərbaycanda vüqarla dalğalanır.
VII Qurultayda YAP rəhbərliyi tərəfindən qarşıya qoyulan vəzifələr və öhdəliklər haqda partiya fəallarına məlumat verib.
Yığıncaqda iştirak edən iclasin sədri Famil Tağıyev müstəqil Azərbaycanın qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb, dövlətçilik strategiyasının ölkə başçısı, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Bildirib ki, təşkilat öz fəaliyyətini əsasən ölkə Prezidenti , Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin dövlət və partiya tədbirlərindəki nitqlərində səsləndirdiyi müddəaların, habelə partiyanın Proqram və Nizamnaməsindən irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində qurub.
Tam oxu
Xəbəri oxu