Icma.az
close
up
RU
YAPın Kürdəmir rayon təşkilatı üzrə “Atakişili kənd” ərazi partiya təşkilatının hesabatseçki yığıncağı keçirilib

YAPın Kürdəmir rayon təşkilatı üzrə “Atakişili kənd” ərazi partiya təşkilatının hesabatseçki yığıncağı keçirilib

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

22 noyabr 2024-cü il tarixdə Kürdəmir rayon Möhübbət Əzimov adına Atakişili kənd tam orta məktəbində YAP Kürdəmir rayon təşkilatının “Atakişili kənd” ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib. Tədbirdə YAP Kürdəmir rayon təşkilatının sədr müavini Elxan Qafarov iştirak edibdir.

Tədbiri giriş sözü ilə açan YAP Kürdəmir rayon təşkilatının sədr müavini Elxan Qafarov Yeni Azərbaycan Partiyasının ölkənin ictimai, siyasi və sosial həyatındakı rolundan danışaraq bildirib ki, ölkəmiz böyük tərəqqi və inkişaf yolu keçərək dünyada öz layiqli yerini tutmuşdur. Ali Baş Komandanımızın rəhbərliyi və Müzəffər Ordumuzun qalibiyyəti nəticəsində üçrəngli müqəddəs bayrağımız suverenliyimizin rəmzi kimi Qarabağ da daxil olmaqla bütöv Azərbaycanda vüqarla dalğalanır. VII Qurultayda YAP rəhbərliyi tərəfindən qarşıya qoyulan vəzifələr və öhdəliklər haqda partiya fəallarına məlumat verib.

Yığıncaqda iştirak edən iclasin sədri Famil Tağıyev müstəqil Azərbaycanın qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb, dövlətçilik strategiyasının ölkə başçısı, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Bildirib ki, təşkilat öz fəaliyyətini əsasən ölkə Prezidenti , Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin dövlət və partiya tədbirlərindəki nitqlərində səsləndirdiyi müddəaların, habelə partiyanın Proqram və Nizamnaməsindən irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində qurub.

Yığıncaqda çıxış edən ərazi partiya təşkilatının üzvləri, Ulu Öndər Heydər Əliyevin mütərəqqi ideyalarının daşıyıcısı olan Yeni Azərbaycan Partiyasının keçdiyi yola nəzər salıb və ölkəmizin qazandığı uğurlardan danışıblar. Yığıncaqda ərazi partiya təşkilatının işi yüksək qiymətləndirilib.

Çıxışlardan sonra səsvermə keçirilib. İşgüzarlığı, yüksək təşkilatçılığı ilə kollektivdə böyük hörmət qazanan Famil Tağıyev yekdil səslə ərazi partiya təşkilatının sədri, Lətafət Həsənova isə sədr müavini seçiliblər. Ərazi partiya təşkilatının seçilmiş sədr və sədr müavini göstərilmiş etimada görə təşəkkürlərini bildiriblər və bu etimadı layiqincə doğruldacaqlarını, bundan sonra da Vətənə, xalqa sədaqətlə xidmət edəcəkələrini bəyan ediblər.

“Atakişili kənd” ərazi partiya təşkilatının hesabatı və fəaliyyəti YAP Kürdəmir rayon təşkilatı tərəfindən qənaətbəxş hesab edilib. Sonda, YAP Kürdəmir rayon təşkilatının sədr müavini Elxan Qafarov yeni seçilmiş sədr və müavinini təbrik edərək işlərində uğurlar arzulayıb və iclas iştirakçılarını partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 22 Noyabr 2024 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see299

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see197

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see173

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see170

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see169

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see167

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see157

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see156

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see149

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see148

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see144

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see143

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see142

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see138

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see134

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri