Yapon teleaparıcının seks qalmaqalına görə top menecerlər istefa verib | Icma.az
Gununsesi saytına istinadən Icma.az xəbər verir. Yaponiyanın ən böyük şəbəkələrindən biri olan Fuji TV-nin sədri və prezidenti məşhur teleap
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, qalmaqalı ört-basdır etməyə çalışdığı üçün tənqid edilən şəbəkədən onlarla şirkət re
Masahiro Nakai 2023-cü ildə Fuji TV əməkdaşlarının keçirdiyi ziyafətdə bir qadına cinsi təcavüzdə günahlandırılıb.
O, ötən həftə şou-biznesdən getdiyini açıqlayıb. Yaponiya hökuməti Fuji TV-ni tamaşaçıların və sponsorların etibarını qaytarmağa çağırıb.
Bazar ertəsi mətbuat konfransında Fuji TV-nin sədri Şuji Kano və prezident Koichi Minato istefalarını elan edərkən baş əydilər.
Onlar Yaponiyanın əyləncə sənayesini sarsıdan qalmaqalda yaranan problem və narahatlığa görə tamaşaçılardan, eləcə də maraqlı tərəflərdən üzr istəyiblər.
Minato daha əvvəl təsdiq etmişdi ki, şirkət Nakayın qalmaqalından mediada xəbər verilməmişdən çox əvvəl xəbərdar olmasına baxmayaraq, açıqlamayıb.
Teleaparıcının adı açıqlanmayan qadına yarım milyon dollardan çox pul ödədiyi barədə xəbərlər keçən ay ortaya çıxdı.
Tam oxu
Xəbəri oxu