Icma.az
close
up
RU
Yapon teleaparıcının seks qalmaqalına görə top menecerlər istefa verib

Yapon teleaparıcının seks qalmaqalına görə top menecerlər istefa verib

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

Yaponiyanın ən böyük şəbəkələrindən biri olan Fuji TV-nin sədri və prezidenti məşhur teleaparıcıya qarşı cinsi istismar ittihamından sonra istefa verib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, qalmaqalı ört-basdır etməyə çalışdığı üçün tənqid edilən şəbəkədən onlarla şirkət reklamlarını çəkib.

Masahiro Nakai 2023-cü ildə Fuji TV əməkdaşlarının keçirdiyi ziyafətdə bir qadına cinsi təcavüzdə günahlandırılıb. O, ötən həftə şou-biznesdən getdiyini açıqlayıb.

Yaponiya hökuməti Fuji TV-ni tamaşaçıların və sponsorların etibarını qaytarmağa çağırıb.

Bazar ertəsi mətbuat konfransında Fuji TV-nin sədri Şuji Kano və prezident Koichi Minato istefalarını elan edərkən baş əydilər.

Onlar Yaponiyanın əyləncə sənayesini sarsıdan qalmaqalda yaranan problem və narahatlığa görə tamaşaçılardan, eləcə də maraqlı tərəflərdən üzr istəyiblər.

Minato daha əvvəl təsdiq etmişdi ki, şirkət Nakayın qalmaqalından mediada xəbər verilməmişdən çox əvvəl xəbərdar olmasına baxmayaraq, açıqlamayıb.

Teleaparıcının adı açıqlanmayan qadına yarım milyon dollardan çox pul ödədiyi barədə xəbərlər keçən ay ortaya çıxdı. Daha sonra Fuji TV əməkdaşının görüşün təşkilinə kömək etdiyinə dair daha çox iddialar ortaya çıxdı.

SMAP adlı oğlan qrupunun keçmiş üzvü və məşhur Nakai qadına qarşı zorakılıq tətbiq etdiyini inkar edib. O, yanvarın 9-da bildirib ki, onunla barışıq yolu ilə məsələni “həll edib”.

Lakin bu, ictimaiyyətin qəzəbini yatırtmağa az kömək etdi.

Avtomobil istehsalçıları Nissan və Toyota Fuji TV-dən reklam çəkən şirkətlər arasında idi.

Bu ayın əvvəlində şəbəkə Nakainin ev sahibliyi etdiyi həftəlik şounu dayandırdı, digər böyük şəbəkələr də aparıcını buraxdı.

Bundan sonra Fuji TV qalmaqalı araşdırmaq üçün müstəqil komitə yaradıb.

Orxan Saffari

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:669
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 27 Yanvar 2025 13:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see241

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see228

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see216

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see210

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see197

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see182

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see174

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see165

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see162

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see158

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see144

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see141

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri