Yaponiyada yenidən güclü zəlzələ baş verdi

06.08.2026

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yaponiyanın Kyuşu adasında təxminən bir həftəlik aradan sonra yenidən güclü yeraltı təkanlar qeydə alınıb.

Bu barədə Yaponiya Meteorologiya Agentliyi (JMA) məlumat yayıb.

Zəlzələnin episentri əvvəlki seysmik təkanların da mərkəzi olmuş Kumamoto prefekturasında yerləşib. Bu dəfə zəlzələnin ocağı 10 kilometr dərinlikdə qeydə alınıb, maqnitudası isə 5,1 təşkil edib.

Yaponiyanın seysmik intensivlik şkalasına əsasən, təkanların maksimal gücü 7 mümkün baldan 4 bal olub. Adada sunami təhlükəsi elan edilməyib, zərərçəkənlər və ya dağıntılar barədə məlumat daxil olmayıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью