Yaponiyada yenidən güclü zəlzələ baş verdi
Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Yaponiyanın Kyuşu adasında təxminən bir həftəlik aradan sonra yenidən güclü yeraltı təkanlar qeydə alınıb.
Bu barədə Yaponiya Meteorologiya Agentliyi (JMA) məlumat yayıb.
Zəlzələnin episentri əvvəlki seysmik təkanların da mərkəzi olmuş Kumamoto prefekturasında yerləşib. Bu dəfə zəlzələnin ocağı 10 kilometr dərinlikdə qeydə alınıb, maqnitudası isə 5,1 təşkil edib.
Yaponiyanın seysmik intensivlik şkalasına əsasən, təkanların maksimal gücü 7 mümkün baldan 4 bal olub. Adada sunami təhlükəsi elan edilməyib, zərərçəkənlər və ya dağıntılar barədə məlumat daxil olmayıb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:Yaponiyada güclü zəlzələ baş verdi
17 Noyabr 2024 18:15
Baxış sayı:112
Bu xəbər 06 Avqust 2026 12:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















