Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir. Yardımlı rayonunun Şıxlar kəndinə yağan intensiv qar həyatı iflic edib.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub. Bildirilib ki, artıq üç gündür ki, kənddə elektrik enerjisi, internet və avtomobil
Nəticədə rayon faktiki olaraq digər bölgələrlə əlaqəsini itirib.
Yerli sakinlərin verdiyi məlumata görə, elektrik enerjisinin kəsilməsi xüsusilə yaşlılar və uşaqlar üçün vəziyyəti daha da ağırlaşdırıb.
Mobil rabitənin və internetin olmaması səbəbindən əhali yaxınları ilə əlaqə saxlaya bilmir.
"Kamçatkaya 2 metr qar yağıb, bizə isə azca yağan kimi vəziyyət pisləşir.
Ordan fərqli olaraq bizdə 3 gündür işıq, internet və yol yoxdur", - deyə vətəndaş vurğulayıb.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.