Yardımlıda qar çətinliklər yaratdı İşıq, yol və internet yoxdur
Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Yardımlı rayonunun Şıxlar kəndinə yağan intensiv qar həyatı iflic edib.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, artıq üç gündür ki, kənddə elektrik enerjisi, internet və avtomobil yolu yoxdur. Nəticədə rayon faktiki olaraq digər bölgələrlə əlaqəsini itirib.
Yerli sakinlərin verdiyi məlumata görə, elektrik enerjisinin kəsilməsi xüsusilə yaşlılar və uşaqlar üçün vəziyyəti daha da ağırlaşdırıb. Mobil rabitənin və internetin olmaması səbəbindən əhali yaxınları ilə əlaqə saxlaya bilmir.
"Kamçatkaya 2 metr qar yağıb, bizə isə azca yağan kimi vəziyyət pisləşir. Ordan fərqli olaraq bizdə 3 gündür işıq, internet və yol yoxdur", - deyə vətəndaş vurğulayıb.
Baxış sayı:21
Bu xəbər 21 Yanvar 2026 13:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















