Yarı şeir, yarı torpaq... Sevinc Mürvətqızı yazır | Icma.az
525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır. Sevinc MÜRVƏTQIZISözün insan taleyində möhürləyici sehrli gücü var.
Düz iyirmi iki il əvvəl məni buna "Ədəbiyyat qəzeti"ndə ustad şair Fikrət Sadıqın şeirlərim haqqında qələmə aldığı "Şeir hələ ölməyib" yazısı inandırmışdı.
Birinin qəlbindən təmənnasız şəkildə qopan mənəvi dəstək, ruhi dəyərləndirmə digərinin könlünə işıq ola bilir.
Bu işığa çox gənc yaşımdan inan(dırıl)mağım sonrakı illərdə bəzən həyatın qaranlıq dalanlarında göz-gözü görməyəndə təsəllim, ümidim oldu.
Belə işıqlı təsəlli və ümidlərin müəllifi olan könül borcu hiss etdiyimiz adamların sözü də sadəcə söz olaraq qalmır, taleyimizə yazılan ömürlük dua olur.
Dua etmək isə ən çox Fikrət Sadıqa yaraşırdı, iddiasızlığı, ruhani təmizliyi, təmənnasızlığı və müdrikliyi ilə ən çox onun haqqı idi - həm zahiri, həm də batini anlamda.
...İllər keçir, əyyam dəyişir, o dualar ömürdə müstəcəb olanda ürəyindən gələnləri yazmaq arzusu ilə gün qovalayıb ay ötürürsən.
Amma araya zaman düşür, ölüm qarışır bütün planlarımıza... Zamanında yazmaq istədiklərimiz bəzən istəmədiyimiz halda "sonraya qalır"...
Tam oxu
Xəbəri oxu