Yarım əsrdən sonra orta məktəbdə: Yaşayaq ki, görüşək!!! | Icma.az
Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir. Tovuz şəhər A.S. Puşkin adına tam orta məktəbin həyəti.
Bəlli yaşda olan insanlar... Bir -biriləri ilə mehribancasına görüşdükləri diqqət çəkir.
Bu, Şirin, bu, Fatma, bu da Rəna, Solmaz, bəs Ceyran hanı? Axı 10 il öncəki görüşdə o da aralarında idi.
Fatma həkim deyir: O şəkər xəstəsidir, oğlu hər ay gəlib dərmanlarını götürür. Oğlu Teymura zəng edirlər.
Ceyran səhhəti ilə bağlı evdən çıxa bilməyib. Şahin Qasımov, Ramiz Bağırov, Nurəddin Əliyev, Mübariz Zeynalov Bakıdan gedib.
Tofiq Ələkbərov ta Həştərxandan görüşə gəlib. Rafiq İsmayılov isə yurddan çıxmayıb. Məktəbin qapısı açılır və direktor Adil Əsgərov görünür.
O ömrün 70-ci baharını yaşayan bu görüş iştirakçılarını içəri dəvət edir.
Xanımların hər birinin əlində “oğlanların” hədiyyə etdiyi qızılgül buketi dəhlizə daxil olurlar.
Tam oxu
Xəbəri oxu