Icma.az
close
up
RU
Yarım əsrdən sonra orta məktəbdə: Yaşayaq ki, görüşək!!!

Yarım əsrdən sonra orta məktəbdə: Yaşayaq ki, görüşək!!!

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Tovuz şəhər A.S. Puşkin adına tam orta məktəbin həyəti. Bəlli yaşda olan insanlar... Bir -biriləri ilə mehribancasına görüşdükləri diqqət çəkir.  Bu, Şirin, bu, Fatma, bu da Rəna, Solmaz, bəs Ceyran hanı? Axı 10 il öncəki görüşdə o da aralarında idi. Fatma həkim deyir: O şəkər xəstəsidir, oğlu hər ay gəlib dərmanlarını götürür. Oğlu Teymura zəng edirlər. Ceyran səhhəti ilə bağlı evdən çıxa bilməyib.

 Şahin Qasımov, Ramiz Bağırov, Nurəddin Əliyev, Mübariz Zeynalov Bakıdan gedib. Tofiq Ələkbərov ta Həştərxandan görüşə gəlib. Rafiq İsmayılov isə yurddan çıxmayıb.  Məktəbin qapısı açılır və direktor Adil Əsgərov görünür. O  ömrün 70-ci baharını yaşayan bu görüş iştirakçılarını içəri dəvət edir. Xanımların hər birinin əlində “oğlanların” hədiyyə etdiyi qızılgül buketi dəhlizə daxil olurlar. Gül dəstəsinin biri müəllim Sahibə Əliyevaya təqdim olunur. Yarım əsr öncə son zəngləri çalınan “şagirdlər” həmin günlərə qayıdırlar... 

O vaxt giriş foyedə dövrün rəhbərləri, Leninin və Stalinin heykəlləri vardı. X sinifdə soldakı kabinetdə dərs keçirdik. Pillələrdən yuxarıda 1-ci sinif otağımızdakı divar sobası yerində durur, təmir vaxtı çıxarmayıblar. İlk sinif rəhbərimiz Müzəffər Ağayevi xatırladıq. Ruhu şad olsun. Qızı Şirin aramızdadır. Sinfə ilk gəldiyim günü xatırlayıram. 

Dəhlizin o başında direktor Əli Abdullayevin kabineti vardı. Sol yanından pilləkanla aşağı enib səssizcə, ehtiyatla həyətə keçərdik. İndi o qapı və pillələr yoxdur. Divar hörülüb. O zəhmli direktor da dünyasını dəyişib. Direktorun kabineti sinif otağıdır. Daxil oluruq. Otağın mistikası hamımızı kövrəldir. 

Məktəbin direktoru yeni təyin olunub. Öncə Azaflı kənd məktəbində çalışıb. Aşıq Mikayıl Azaflının nəslindəndir, dediyinə görə, ataları əmiuşağıdır. Şair təbiətlidir. Söz şeirdən düşən kimi Rafiqin səsi eşidilir, qohumu Məmməd İsmayıldan deyir. 

Bu addım direktoru da cəsarətləndirir. Adil müəllim Mikayıl Azaflıdan, Zəlimxan Yaqubdan, Nüsrət Kəsəmənlidən, Məmməd İsmayıldan könül oxşayan şeirlər söyləyir. Hamı diqqət kəsilib. Biz özümüzü şagird kimi hiss edirik. Müəllim danışanda dinləyərlər, bilirik. Biz belə görüb, belə öyrənmişdik.  

Şirin Ağayeva deyir: Bizim müəllimlər uşaqları öz fikirlərinə tabe etməyi bacarırdılar.

– O vaxt ədəbiyyata böyük maraq vardı,–  deyir, Adil müəllim.– Keçilən ədəbiyyat dərslərində həyatı, yaradıcılığı tədris edilən klassiklərin, müasir şair və yazıçıların əksər əsərini oxuyar, şeirlərini əzbərləyərdik.  İndi uşaqlar bir az kitabdan ayrı düşüb. Çalışacağıq ki, şagirdlərin bilik öyrənməyə istəyini artıraq.  

Şahin Qasımov: “Çatmazlıqlar həmişə olub, yaxşı işlərdən danışaq. Yığışmışıq  deyək ki, bu yaşa çatmışıq, sevinək, deyək, gülək. Tövsiyə edək ki, uşaqlara hər şeydən öncə təhsil vermək lazımdır. İndiki dövr bunu daha çox tələb edir. Biliklə dünyaya çıxışımız genişlənir. Bu, həm ölkə, həm rayon, həm məktəbin adını ucaldır”.

 Ramiz Bağırov: “Tale elə gətirib ki, çoxumuz Tovuzdan kənarda yaşayırıq. İşimizlə, əməlimizlə rayonumuzun adını uca tutmuşuq. Mən həmişə fəxr etmişəm ki, tovuzluyam. Tovuzlu olmaq– cəsur, sədaqətli, təmiz, vicdanlı, təmənnasız və ən əsası, ədalətli və savadlı olmaq deməkdir”.  

Ramiz doğru deyirdi. Bizim uşaqlar həqiqətən də hansı peşədə çalışmalarından asılı olmayaraq, hörmət-izzət sahibi olublar. Qeyd edim ki, rayonda direktorla görüşümüzü bizdən 1 həftə öncə Tovuza gedən Nurəddin Əliyev təşkil etmişdi. Xanımlarla, həkimlər Rəna və Fatma, təqaüddə olan müəllim Solmaz, Şirinlə də o danışıb görüşə dəvət etmişdi. Sağ olsun, böyük iş görüb. 

Sinif yoldaşımız, ailə vəziyyətinə görə görüşdə iştirak etməyən, amma ruhən, qəlbən aramızda olan Şaban Süleymanovun “Axınca çayı”, “Görüşə gəlmişəm” şeir kitabları məktəb direktoruna, eyni zamanda, görüş iştirakçılarına təqdim olundu. Dəhlizdə bu məktəbdə vaxtilə şagirdlərə təhsil, tərbiyə vermiş, bilik və savadlı olmaları yolunda saç ağartmış, can qoymuş müəllimlərin portretləri asılıb. Bəzilərinin rəsmini görmürük. Ana qayğısı ilə bizə yanaşan ədəbiyyat müəllimimiz Gülsultan, müəllimə, fizikanı tədris edən Zərəngiz müəllimə, canımızın sağlamlığı qeydinə qalan, idmançı Məmməd müəllim divardan bizə boylanmır. Direktordan xahiş edirik ki, gələn görüşümüzədək (qismət olsun) o müəllimlərin də fotoları əldə edilsin və Tahir müəllimin, Əli müəllimin, İskəndər müəllimin və digər müəllimlərin şəkillərinin yanından boy göstərsin.

O gün çox şeylər xatırlandı. Ötənlərə qayıtdıq... Biz sinifdə 16 oğlan 9 qız, çox mehriban idik. O vaxtlar hind kinoları dəbdə idi. Dərsdən hamılıqla qaçıb dəfələrlə “Kəşmirdə məhəbbət”ə getmişdik. Bir dəfə də dərsdən qaçıb kinoya gedəndə pulumuzu saydıq, azlıq edirdi. Artıq uşaqların çoxu bayıra çıxmışdı. Dəhlizdə dərs hissə müdiri Tahir müəllimlə qarşılaşdım. Özümü itirdim. “Komsorq”, hara belə?  Bilmədən düzünü dedim: “Müəllim kinoya gedirik. 1 manatımız çatmır”. Tahir müəllim qeyri- ixtiyari əlini cibinə atıb 1 manat çıxarıb verdi. Gözüm bərələ qalmışdı. Pulu əlindən qapıb bayıra– uşaqların yanına tələsdim. Ertəsi gün dərsdən qaçmağımızla bağlı bizə heç nə demədi, yaxşı oxuyurduq.

9-cu sinifdə bizim “A” sinfini 2-ci, “S” sinfini isə 1-ci növbəyə salmışdılar. 24 uşaq, hamımız yenə sözü bir yerə qoyub maarif şöbəsinə (o vaxt belə adlanırdı) şikayətə getdik ki, niyə biz 2-ci növbədə oxumalıyıq? Maarif şöbəsinin müdiri Qara Sultanov hamımızı otağa dəvət etdi. Dinlədi. Harasa zəng edib bizə “gözləyin”– dedi. Çox keçmədən direktorumuz Əli Abdullayev otağa girdi. Dilimiz qurudu. Qara müəllim bizi göstərib “smenu xotyat”(növbə istəyirlər)– dedi. Sinifkomu soruşdular. Tofiq 1 addım irəli çıxdı, “komsorqunuz kimdir?” Dizlərim əsdi, amma nəkara idim, qabağa addım atdım. Direktorumuz “heç utanırsınız? Bu nə həngamədir, siz kimsiniz, Qara müəllimi narahat edirsiniz, keçin yerinizə”. Qara müəllim dedi: “Uşaqlar, artıq dərslər bölünüb. İlin 2-ci yarısında növbənizi dəyişərik”. Direktor üzünü Qara müəllimə tutub “Ay Qara müəllim, sən də məni bağışla, tfu üzünüzə, uşaqlar”– dediyi ilə özümüzü bayırda görməyimiz bir oldu. İtələşə-itələşə pillələrdən düşüb dəmiryolu istiqamətinə qaçdıq. Direktorun qorxusundan məktəbə gedə bilmirdik. 1 həftə sonra sinif rəhbərimiz Dilqəm müəllim xəbər göndərdi ki, dərsə gəlin, cəza verməyəcəyik... 

Solmazgilin evi məktəbə yaxın idi. Dərsdən qaçanda çantalarımızı onların evinə yığıb sonra gəzməyə, kinoya gedirdik. Qazqulu kəndinə Ceyrangilə yığışırdıq. Bizim evdə keçirdiyimiz bayram şənlikləri, daha nələr... nələr xatırlandı. 

Məktəbin həyətində xatirə şəkli çəkildi. Görüşün rəsmi hissəsi başa çatandan sonra təntənə “Fəvvarələr” restoranında davam etdi. Rəqslər bir-birinə qarışdı. Hamı özünü gümrah hiss edirdi, elə bil çantasında günlük 5–6 növ dərman gəzdirən biz deyildik. Musiqi bir-birini əvəz etdikcə, ruhlar təzələnir, xatirələr dilə gəlirdi. Və biz hər il görüşməyə söz verdik. Mübariz dedi: sıralarımız seyrəlib, sözümüz sözdür, yayda görüşək. Sinif yoldaşlarımız Rzaqulu, Aynəddin, Vidadi, Sahib (iki Sahib vardı, hər ikisi), Üzeyir, Niyazi, Çingiz dünyasını dəyişib. Ruhları şad olsun. 10 il öncəki görüşdə Sahib də vardı, Niyazi də, Aynəddin də...

Amalya Qasımova səhhətindəki problemlə bağlı uzaq yola çıxmağa ehtiyat etmişdi. Riyaziyyat müəllimi Ceyran Sultanova ilə mümkün olmasa da, Amalya Qasımova ilə görüntülü danışdıq, kövrəldi: “Gələn dəfə görüşü Bakıda təşkil edin, mən də iştirak edə bilim”–dedi. Söz verdik. 

O gün bizim ömrümüzə qızıl hərflərlə yazıldı. Bakıya qayıdanda yolboyu görüşün təsirindən danışdıq. Qismət olsa yenə görüşəcəyik.  Şahinin təklifi ilə devizimiz belə oldu: “Yaşayaq ki, görüşək!” 

Zərifə BƏŞİRQIZI

XQ

Bakı–Tovuz–Bakı 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:266
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Dekabr 2024 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see322

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see272

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see229

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see225

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see222

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see220

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see219

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see216

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see215

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see212

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see203

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see200

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see194

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see193

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see183

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see181

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see180

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see179

Yeni yaranan planet aşkarlandı

23 Sentyabr 2026 22:47see171

Sumqayıtda ağır qəza: Chevrolet ağaca çırpıldı

24 Sentyabr 2026 00:33see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri