Yarımfabrikat məhsullar TƏHLÜKƏLİDİR?

14.11.2025

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qırmızı ət və yarımfabrikatların istehlakı bağırsaq xərçənginin inkişafına səbəb ola bilər.

Redaktor.az xəbər verir ki, bu barədə təhlükəli məhsulların siyahısını dərc edən Britaniyanın "The Mirror" nəşri məlumat paylaşıb.

“Bir sıra amillərin bağırsaq xərçəngi riskini artırdığı məlumdur. Qidalanma bu amillərdən biri olaraq qalır və xüsusilə qırmızı ət ilə yarımfabrikatların qəbulu xəstəliyə tutulma ehtimalını yüksəldir”, - məlumatda qeyd olunur.

Bildirilib ki, bu növ xərçəng Böyük Britaniyada yayılma baxımından dördüncü yeri tutur. Bununla yanaşı, xəstəlik getdikcə daha çox gənclərdə aşkarlanır - 1995-ci ildən etibarən 55 yaşdan aşağı pasiyentlərin payı iki dəfə artaraq 20 faizə çatıb.

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью