Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Yaxın keçmişimizin həll olunmaz problemi olan Qarabağ münqaişəsi müasir Azərbaycanın qurucu lideri Azərbaycanın bütövlüyünyn təminatçısı ümummilli lider Heydər Əliyev və onun siyasi varisi Müzəffər Ali Baş Komandanın xalqa araxalanan siyasi iradəsi və dühası nəticəsində artıq tarixə çevrilmişdir.
Münaqişə fonunda Azərbaycanda Milli Azadlıq Hərakatı başladı.
Bu vaxtlar SSRİ rəhbərliyi Heydər Əiyevi siyasi fəaliyyətdən təcrid etməyə çalışırdı. Lakin Heydər Əliyevin ürəyi xalqı ilə birgə döyünürdü.
Təəssüflə qeyd etməliyik ki, M.Qarbaçovun siyasi təcrid siyasətinə Azərbaycanın o vaxtki rəhbərliyi Ə.Vəzirov və Ayaz Mütəllibov da qoşuldu.
Respublika rəhbərliyi onun gəlişində təşvişə düşərək onu siyasi fəaliyyətdən uzaqlaşdırmaq prezident seçkisində iştirakının qarşısını almaq məqsədi ilə Prezident seçkisi haqqında konstitusiya qanununa yuxarı yaş məhdudiyyəti qoyaraq 65 yaşından yuxarı şəxslərin Prezident seçkisində iştirakını qadağan etdilər.
Əlbəttdə Azərbaycan xalqının ürəyində Heydər Əliyevə qarşı olan xalq sevgisi onun bu hüquqi buxovlara boyun əyəcəyinə imkan verməzdi.
Belə bir məqamda Ulu Öndərə xalq sevgisinin ilk təzahürləri görsənməyə başladı.