Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

ATƏT də dərin böhran yaşanır

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

Yaş senzi nə qarşı mitinq iştirakçıları olan 8 12 yaşlı uşaqlar kim idi? MÜSAHİBƏ

Yaş senzi nə qarşı mitinq iştirakçıları olan 8 12 yaşlı uşaqlar kim idi? MÜSAHİBƏ

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yaxın keçmişimizin həll olunmaz problemi olan Qarabağ münqaişəsi müasir Azərbaycanın qurucu lideri Azərbaycanın bütövlüyünyn təminatçısı ümummilli lider Heydər Əliyev və onun siyasi varisi Müzəffər Ali Baş Komandanın xalqa araxalanan siyasi iradəsi və dühası nəticəsində artıq tarixə çevrilmişdir. Münaqişə fonunda Azərbaycanda Milli Azadlıq Hərakatı başladı. Bu vaxtlar SSRİ rəhbərliyi Heydər Əiyevi siyasi fəaliyyətdən təcrid etməyə çalışırdı. Lakin Heydər Əliyevin ürəyi xalqı ilə birgə döyünürdü. Təəssüflə qeyd etməliyik ki, M.Qarbaçovun siyasi təcrid siyasətinə Azərbaycanın o vaxtki rəhbərliyi Ə.Vəzirov və Ayaz Mütəllibov da qoşuldu. Respublika rəhbərliyi onun gəlişində təşvişə düşərək onu siyasi fəaliyyətdən uzaqlaşdırmaq prezident seçkisində iştirakının qarşısını almaq məqsədi ilə Prezident seçkisi haqqında konstitusiya qanununa yuxarı yaş məhdudiyyəti qoyaraq 65 yaşından yuxarı şəxslərin Prezident seçkisində iştirakını qadağan etdilər.

Əlbəttdə Azərbaycan xalqının ürəyində Heydər Əliyevə qarşı olan xalq sevgisi onun bu hüquqi buxovlara boyun əyəcəyinə imkan verməzdi. Belə bir məqamda Ulu Öndərə xalq sevgisinin ilk təzahürləri görsənməyə başladı. Fədakar və cəsarətli insanlar artıq öz etirazlarını bildirmək üçün Qanunverici orqanın qarşısına toplaşmağa başladılar. Müasir Azərbaycan siyasi tarixinə "Yaş Senzi" mitinqləri kimi düşmüşdür. Təsadüfi deyil ki, Prezident cənab İlham Əliyev "Yaş senzi" mitinqlərinin iştirakçıları barəsində deyir: "O vaxt ulu öndər Heydər Əliyevin xalq qarşısında nüfuzu çox yüksək idi və xalq ondan başqa heç kimi rəhbər vəzifəsində görmürdü və onun gələcək fəaliyyətini əngəlləmək üçün o vaxt partokrat hakimiyyət "yaş senzi" kimi çox cəfəng bir qaydanı tətbiq etmişdir. Səhv etmirəmsə, 65 yaşdan yuxarı olan şəxs Prezident ola bilməzdi. Ulu Öndərin də o vaxt 69 yaşı vardı və yadımdadır parlamentin qarşısında kütləvi etiraz aksiyaları təşkil edildi onlar öz sözünü dedi heç kimdən qorxmadılar. Çünki o vaxt repressiya təhlükəsi çox böyük idi".

Həmin hadislərdən otuz ildən çox vaxt keçir. Həmin hadisələrin tarixini əks etdirən fotolara baxarkən burada iki azyaşlı uşaqlar görürük 8-12 yaşlarında əllərində Heydər Əliyevin portreti və Azərbaycanın üç rəngli bayrağı. Bu azyaşlı uşaqlar Tural və Ramin qardaşları əqidəli insan bütün həyatı boyu Heydər Əliyevin dövlətçilik prinsiplərinə sadiq qalan Arif Rüstəmovun övladlarıdır. Arif Rüstəmov bu mitinqin əsas təşkilatçılarından olub. Bu tarixi anlara azyaşlı vaxtı iştirakçısı, "bayraqdarı" və şahidi olmuş, hazırda polis əməkdaşı kimi fəaliyyət göstərən Tural Rüstəmovla müsahibəmizdə nəzər salacağıq.

- Tural müəllim bu tarixi hadisələrə necə qoşulmuşdunuz bu barədə nə deyə bilərsiniz ?

- Ümummilli Lider Heydər Əliyev müasir Azərbaycan dövlətinin məhv olmaq, vətəndaş qarşıdurması yaranmasının qarşısını almaq kimi müqəddəs bir missiyanı daşıyan dahi unudulmaz siyasətçidir. Atam Arif Rüstəmovun bizə aşılaması nəticəsində ailəmizdə bu fenomenal şəxsiyyətə böyük sevgi olub. Bunun nəticəsidir ki, biz ailə üzvülərimizlə birlikdə azyaşlı uşaq olarkən Heydər Əliyevə qarşı süni maneə kimi düşünülmüş "Yaş senzi" mitinqinin iştirakçısı olmuşuq. Atam bu işlərdə çox fəal idi. O, bütün maddi-mənəvi potensialını Heydər Əliyevin siyasi fəaliyyətinə qarşı yönəlmiş maneələrin aradan qalıdırlımasına yönəltmişdi. Cənab Prezidenti dediyi kimi həmin vaxtlar repressiya təhlükəsi çox böyük idi lakin biz bu repressiyaları gözə almışdıq.

- Həmin mitinqləri necə xatırlayırsınız?

- Həmin hadisələr vaxtı mənim 8, qardaşım Raminin isə 12 yaşı var idi. Bu mitinqlərin əsas təşkilatçılarından biri atam Arif Rüstəmov idi. O, bizə aşılayırdı ki, Azərbaycanı yalnız Heydər Əliyev xilas edə bilər, o gəlməsə siz uşaqların da gələcəyi yoxdur. Əlbətdə biz azyaşlı uşaqlar hadisələrin siyasi mahiyyətini başa düşməsək də atamızın doğru yolda olduğuna inanırdıq və atamızla bir yerdə olmaqdan qürur duyurduq. O səbəbdən də indi fərəh hissi ilə baxdığımız o günlərdə Ulu Öndərin müdafiəsi ilə bağlı ilk mitinqdə mən əlimdə Azərbaycanın üç rəngli bayrağını tutmuşam. Hansı ki o bayrağı yüz ildən sonra Ümummilli Lider yenidən Naxçıvanda qaldırdı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev isə işğaldan azad olunmuş ərazilərdə qaldıraraq dövlətimizin suverenliyini bərpa etdi.

- Bildiyimizə görə Siz həmin mitinqlərdə xəsarət almısınız bu barədə nə deyə bilərsiniz?

- Bəli bu mitinqlərdə biz ailəlikcə davamlı olaraq iştirak edirdik. Bir müddətdən sonra bizə qarşı basqı etmək üçün hakimiyyətdə olan siyasi qüvvələr alternativ mitinqlər təşkil etdilər və hətta avtomat silahlarla oraya gəlmişdilər. Bu mitinqlərin birində mən ayağımdan xəsarət aldım və qarşıdurma burada fiziki zorakılığı çevrildi. Lakin biz mitinqi tərk etmədik. Bu mitinqlər Heydər Əliyevə olan xalq sevgisinin təzahüri idi. Bu şəxslərin fədakarlığı və cəsarəti sayəsində bu hərakat kütləvi xalq hərakatına çevrildi. Bizim davamlı mitinqlərimizdən sonra bu hərakat daha da genişləndi.

- Mənzilinizin yandırılması ilə bağlı məsələ barəsində də danışmağınızı xahiş edirik.

- Bəli sözügedən mitinqlərdə plakatların və şəkillərin bir hissəsi məhz bizim mənzildə hazırlanırdı. Həmin vaxtı hakimiyyətdə olan siyasi qüvvələr bizim mənzilimizi nəzarətə götürmüşdülər. Tez-tez atama xəbərdarlıq edirdilər ki mitinqlərə getməsin və azyaşlı uşaqlarını mitinqə aparmasın. Lakin atam bu təhdidlərə məhəl qoymurdu. Həmin dönmələrdə təəssüflə qeyd etməliyəm ki, Suraxanı rayonu Əmircan qəsəbəsində yerləşən mənzilimizə də basqın edilərək evimiz yandırılmışıdr. Elə düşünürdülər ki bu cür basqıdan sonra biz artıq ümummilli liderin müdafiəsindən əl çəkəcəyik. Lakin biz həqiqətin harad olduğunu bilirdik heç vaxt yolumuzdan dönmədik. Tarix göstərdiki bizim inandığımız ideallar Azərbaycanı işıqlı gələcəyə apardı.

- Tural Rüstəmov hazırda nə işlə məşğul olursunuz?

- Biz ailədə həmişə dövlətçilik prinsiplərinə sadiq olma duyğusu ilə böyümüşük. Heydər Əliyevin Azərbaycan polisi haqqında söylədiyi Azərbaycanın Daxili İşlər Nazirliyində sədaqətlə xidmət edən insanlar öz vətəndaşlıq borcuna sadiq qalmışlar, öz xidməti vəzifələrini layiqincə yerinə yetirmişlər, Azərbaycanın Daxili İşlər Nazirliyi onun orqanları, Azərbaycan polisi yaxşı səviyyədədir və ümidvar olduğumu bildirmək istəyirəm ki, Daxili İşlər Nazirliyinin bütün əməkdaşları qarşısında duran vəzifələrin hamısını şərəflə, layiqincə yerinə yetirəcəkdir.

Mən Heydər Əliyevin dediyi polis əməkdaşı olmaq məqsədi ilə dövlətimizə xidmət etmək üçün polis orqanlarını seçmişəm və bununla fərəh duyuram.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 26 May 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see299

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see235

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see231

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see216

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see213

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see205

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see195

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see194

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see194

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see175

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see171

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see158

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see151

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see144

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see143

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see141

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see139

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri